ABŞ Dövlət katibi Entoni Blinken G20 sammiti çərçivəsində söhbət zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovdan Ukraynada müharibənin dayandırılmasını istəyib.
Axar.az xəbər verir ki, bu barədə Blinken özü jurnalistlərə açıqlamasında deyib.
“Xarici işlər nazirinə dedim. Bu təcavüzkarlığı dayandırın, ədalətli və davamlı sülhə gətirib çıxara biləcək məzmunlu dialoq başlayın”, - deyə dövlət katibi bildirib.