Avropa Birliyinin (AB) Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyəcək saziş imzalanacaq.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Hazırda AB-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, missiyanın fəaliyyətini tənzimləyəcək saziş müzakirə olunmalı və imzalanmalıdır”, - N.Paşinyan deyib.
Sazişin nə vaxt imzalanacağı ilə bağlı suala cavab olaraq Paşinyan deyib ki, hər şey artıq formalaşmış və əldə edilmiş razılaşmalar ətrafında tam razılığın əldə olunacağı tarixdən asılıdır.