Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu ölkə hökumətinin iclasında Baş nazir Nikol Paşinyan deyib.
O bildirib ki, əsasnamə layihəsi bu yaxınlarda Azərbaycana təqdim olunub: “Biz bu sənədə cavab gözləyirik”.
Hökumət başçısının sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müaqaviləsinin imzalanması üzrə işin 3 mərhələsi artıq geridə qalıb: “Onu da deyim ki, təkliflərin mübadiləsi istiqamətində işlər həmişə üzbəüz görüşlər tələb etmir”.
Xatırladaq ki, N.Paşinyan fevralın 16-da hökumətin iclasında bəyan etmişdi ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdırıb. O söyləmişdi ki, Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb.