Qazaxıstan hakimiyyəti Rusiyadakı ticarət nümayəndəliyini bağlayıb.
Axar.az xəbər verir ki, bu barədə bazar ertəsi online.zakon.kz saytında məlumat yayılıb.
“Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin Qazaxıstan Respublikasının Rusiyadakı Ticarət Nümayəndəliyi dövlət qurumu ləğv edilsin”, - sənəddə deyilir.
Qeyd edilir ki, fərman imzalandığı gündən qüvvəyə minəcək.