Avropa Şurasının prezidenti Şarl Mişel İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib ki, yaxın iki-üç həftə Ukraynadakı münaqişə üçün həlledici olacaq.

 

Milli.Az bununla bağlı yerli və xarici ekspertlərin fikrini öyrənib. 

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə açıqlamasında bildirib:

"Hər dəfə belə açıqlamalardan sonra müəyyən qarışıq proseslərin şahidi oluruq. Bu cür bəyanartları təhlil etmək üçün bir xeyli vaxt lazımdır.

Onu deyə bilərəm ki, həm Rusiya, həm də Ukrayna tərəfi bu müharibədən artıq xeyli yorulub. Bu müharibə bir ay da davam etsə, daha qeyri-adi nəsə gözləmək olmur. Çünki qitənin yarısı artıq bu müharibənin içindədir. 

Bu mənada Şarl Mişel haqlıdır. Nəzərə alsaq ki, Rusiyanın böyük bir canlı qüvvə ilə Ukraynaya hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatları dolaşır, demək ki, dünya qarşıdakı iki-üç həftənin Rusiya-Ukrayna münaqişəsi üçün həlledici olacağına şahid ola bilər. Bundan sonra bu müharibədə artıq hər gün həlledicidir". 

Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadzenin Milli.Az-a Şarl Mişelin Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərhini təqdim edirik:

"Şarl Mişel tamamilə haqlıdır. Əlbəttə ki, növbəti iki-üç həftə əvvəlki iki-üç həftə kimi vacib olacaq və bundan sonrakı günlər və həftələr müharibənin sonuna qədər vacib olacaq.

Mişelin birdən-birə belə şərh verməsi təəccübləndirə bilər. Düşünürəm ki, proseslər səsləndiyindən daha asandır. "Ramştein" sammiti silah təchizatı, sanksiyalar və müharibə ilə bağlı konkret qərarların verilməsi baxımından olduqca vacib danışıqlar məkanına çevrilib.

Müharibənin sonrakı gedişi - təkcə hərbi savaş yox, bura informasiya müharibəsi də daxildir - bununla konkret məşğul olan işçi qrupların nə qədər effektiv olmasından və bu həllərin yerdə nə qədər tez həyata keçiriləcəyindən çox asılıdır. Bu mənada, növbəti iki-üç həftə həqiqətən çox vacib olacaq.
Almaniya artıq üçüncü ölkələrdən "Bəbir"lərin (tank) tədarükünə mane olmayacağını bildirib. Hələ ki söhbət Polşadan gedir, amma bu, eyni zamanda böyük bir bəlanın başlanğıcıdır".

Təhməz Əsədov
Milli.Az

24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!
15 Avqust 2024 Ermənistandan Minsk Qrupu açıqlaması: Davam?
14 Avqust 2024 İstefa verən Zərifdən Pezeşkianla bağlı şok sözlər
14 Avqust 2024 Türkiyəyə səfər edənlərin diqqətinə: barmaq izi...
14 Avqust 2024 “Əhməd” komandiri Kursk döyüşündən danışdı: “Qırırıq…”
13 Avqust 2024 Əgər Kurskda baş verənlər Putini qane etmirsə… - ABŞ
13 Avqust 2024 Biz tənəzzülə uğrayan bir xalqıq - Tramp