1 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun

Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Anniken Huitfeldt ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən 30 il ərzində müxtəlif istiqamətlərdə, xüsusilə də energetika, neft və qaz sənayesinin inkişafı sahəsində münasibətlərin inkişaf etdiyini bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regional vəziyyət, Azərbaycanın bölgədə sülh və quruculuq səyləri, Ermənistan tərəfinin təxribatları, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb.

Nazir Anniken Huitfeldt cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə keçirilən tədbirlərin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verdiyini qeyd edib. Nazir Anniken Huitfeldt, Norveçin bölgədə sülh və təhlükəsizliyə qarşı təhdid törədən gərginliyin azaldılması, sülhün bərqərar olunması istiqamətində səyləri alqışladığını vurğulayıb. Bu xüsusda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyi ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!
15 Avqust 2024 Ermənistandan Minsk Qrupu açıqlaması: Davam?
14 Avqust 2024 İstefa verən Zərifdən Pezeşkianla bağlı şok sözlər
14 Avqust 2024 Türkiyəyə səfər edənlərin diqqətinə: barmaq izi...
14 Avqust 2024 “Əhməd” komandiri Kursk döyüşündən danışdı: “Qırırıq…”
13 Avqust 2024 Əgər Kurskda baş verənlər Putini qane etmirsə… - ABŞ
13 Avqust 2024 Biz tənəzzülə uğrayan bir xalqıq - Tramp