Ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə nüvə silahından istifadə edəcəyik.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
Rusiya liderinin sözlərinə görə, Qərb anti–Rusiya siyasətində bütün sərhədləri keçib:
“Artıq Rusiyanın sərhədyanı ərazilərinə Qərb silahlarından zərbələr endirilir. NATO Rusiyanın cənubunda kəşfiyyat aparır”.