Rusiya qazının Azərbaycan vasitəsilə İrana nəql edilməsi haqqında saziş imzalanacaq.
"Qafqazinfo" "Fars" agentlyinə istinadən xəbər verir ki, bununla bağlı razılaşma İran Milli Neft Şirkəti ilə Rusiyanın "Qazprom" şirkəti arasında imzalanmış 40 milyard dollarlıq müqavilədə öz əksini tapıb.
Məlumata görə, svop yolu ilə Azərbaycan vasitəsilə İrana sutkada 15 milyon kubmetr qaz tədarük olunacaq.
Mübadilə çərçivəsində Rusiya İrana gündə 6 milyon kubmetr LNG tədarük edəcək. Həmçinin İrana sutkada 9 milyon kubmetr maye qazın svop tədarükü də həyata keçiriləcək.