ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-na kimi Cənubi Qafqazda səfərdə olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamenti yayıb.
Məlumata görə, Donfrid iyunun 15-16-sı Azərbaycana səfər edəcək və bir sıra rəsmi görüşlər keçirəcək.
Bunun ardınca isə, amerikalı diplomat iyunun 17-si Gürcüstana yollanacaq. Donfrid son olaraq səfərini Ermənistanla yekunlaşdıracaq.