Yaponiya Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın Xarici İşlər Nazirliyi yayıb.
Yeni sanksiyalar Rusiyanı, “Luqansk və Donetsk Xalq Respublikaları”ndan olan 140-dan çox fiziki şəxsi, eləcə də 70-dən çox Rusiya şirkətini əhatə edir.
Sözügedən şəxslər sırasında Rusiyanın Baş naziri Mixail Mişustin, Təhlükəsizlik Şurasının katibinin müavini Raşid Nurqaliyev, Cənub Hərbi dairəsinin komandiri Aleksandr Dvornikov da var.
Bildirilir ki, sanksiya tətbiq edilən şəxslərin Yaponiyada olan aktivləri dondurulacaq.