Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ukrayna Baş naziri Denis Şmıqalın görüşü bomba sığınacağında baş tutub.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb hava hücumu xəbərdarlığı və odessaya raket zərbələri endirilməsi olub. Bu barədə Şmıqal tviter səhifəsində yazıb:
“Bu gün hava hücumu xəbərdarlığı və Odessa yaxınlığında atılan raketlərlə görüşümüz kəsildi.Müzakirələrimizi bomba sığınacağında davam etdirdik: Rusiyanı necə dayandırmaq və Ukraynanı yenidən qurmaqla bağlı müzakirə apardıq. Ukraynanın əsl dostunun ziyarətinə görə minnətdarıq”.