“Ukrayna silahlı qüvvələri iyunun sonunda - Qərbin onları ən son silahlarla təmin edəcəyi zaman əks hücuma keçə biləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Feigin Live” yutub kanalına müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“İyunun ortalarında Qərb silahları ilə silahlanmış, hücuma keçməyə hazır döyüş qabiliyyətinə malik bölmələrimiz olacaq. İyunun ikinci yarısı, daha doğrusu, iyulda şiddətli döyüşlər başlayacaq, Ukrayna ordusu hücuma keçəcək”, - deyə o bildirib.