“Moskva Avropa İttifaqının düşmənçilik hərəkətlərini cavabsız qoymayacaq və ümid edir ki, Brüssel Rusiya ilə qarşıdurmanın onun maraqlarına uyğun olmadığını başa düşəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Nikolay Kobrinets müsahibəsində bildirib.
“Aİ-nin hərəkətləri cavabsız qalmayacaq. Aİ ölkələrində bəlkə də ona görə başa düşəcəklər ki, qarşıdurma onların maraqlarına uyğun deyil. Brüsselin məsuliyyətsiz sanksiyaları artıq sıravi avropalıların gündəlik həyatına mənfi təsir göstərir”, - diplomat bildirib.