Türkiyə böyük güc mərkəzlərinin olduğu çoxqütblü sistemdə müstəqil bir fiqur olaraq özünü ön plana çıxarır.
Axar.az xəbər verir ki, bu barədə RT agentliyində Glenn Diesel imzası ilə yayımlanan məqalədə deyilir.
Yazar bildirir ki, Türkiyə və Rusiya yaxın zamanda müdafiə sahəsində böyük razılaşma əldə edəcək:
“Belə razılaşma Türkiyə və Rusiyanın Suriyadakı fikir ayrılıqlarına da siyasi həll yolu açacaq. Bu vəziyyət Türkiyəni ABŞ-dan daha da uzaqlaşdıracaq və Vaşinqton Ankaraya daha çox sanksiya tətbiq etmək məcburiyyətində qalacaq”.