ABŞ-la geniş əlaqələrimiz var.
Axar.az Report.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyyət” qəzetinə müsahibəsində deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin G-20 liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sualı cavablandıran sözçü vurğulayıb:
“ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr, qlobal məsələlərlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.