“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı vəziyyət hazırda qənaətbəxşdir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Xüsusi Penitensiar Xidməti yayıb.
“KİV-də Mixail Saakaşvilinin səhhətinin pisləşməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir. O, yazılmış dərmanları qəbul edir. Hazırda onun sağlamlığı ilə bağlı vəziyyət qənaətbəxşdir və həyati göstəriciləri qaydasındadır”, - deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilir ki, Saakaşvili aclıq aksiyası elan etdiyindən tibbi heyətin daim müşahidəsi altındadır.
Qeyd edək ki, oktyabrın 10-u Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze ölkənin keçmiş Prezidentinin vəziyyətinin pisləşdiyini açıqlayıb. Həkimin sözlərinə görə, Saakaşvili danışmaqda və gəzməkdə çətinlik çəkir. Bununla yanaşı, Saakaşvilinin talassemiya xəstəliyindən əziyyət çəkdiyi məlum olub.