İranın nüvə silahı əldə etmək üçün cəmi bir neçə aya ehtiyacı olduğu bildirilir.
Bu, ABŞ və İsraili narahat etməyə bilməz. Onlar İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün istənilən variantlara, o cümlədən hərbi əməliyyatlara əl atmağa hazırdırlar.
Axar.az xəbər verir ki, bu fikirlərlə Rusiyanın Müasir dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov çıxış edib.
“Tehranla Bakı arasındakı gərginlik, əslində, digər "qırmızı nöqtələr" sayılan İran – Türkiyə, İran – İsrail ilə bağlıdır. Azərbaycan isə bu vəziyyətdə həmin problemli nöqtələr arasında qalıb. İran ambisiyaları hər zaman özünü göstərir.
İran öz həyati vəzifələrini yerinə yetirmək üçün riskə getməyə hazırdır. Tehran hakimiyyətinin atdığı bugünki addımlar Cənubi Qafqazda sülhə doğru hərəkəti ləngitməyə hesablanıb”, - deyə o qeyd edib.