Koreyanın Əmək Partiyasının yanvarda baş tutacaq qurultayında Şimali Koreya lideri Kim Çen İnə generalissimus rütbəsi veriləcək.
Axar.az xəbər verir ki, bu məlumatı Yaponiyanın “Asahi” qəzeti yayıb. Bununla bağlı Cənubi Koreya kəşfiyyatı parlamentin qapalı iclasında deputatlara məlumat verib.
Kəşfiyyat, həmçinin ölkədə Şimali Koreya liderinin bacısı Kim Yo Çjonun da nüfuzunun artmağa başladığını vurğulayıb. Belə ki, artıq Şimali Koreyanın ABŞ və Cənubi Koreya ilə olan siyasətinin kurasiyası Çjona verilib.
Qeyd edək ki, Kim Çen İn hazırda marşal rütbəsini daşıyır.