Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyası səbəbindən bundan sonra Baş nazir Mixail Mişustinlə eyni təyyarədə uçmayacaq və onunla eyni vaxtda işlərinin başından ayrılmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə rusiyalı lideri “Rossiya-1” kanalına müsahibəsində deyib. O bildirib ki, bununla bağlı yeni qərar qəbul edib. Putin belə bir qayda qoymasını “Üzərimizdə ölkədə baş verənlərlə bağlı xüsusi məsuliyyət var” deyərək izah edib.
Rusiya Prezidenti Mişustin koronavirusa yoluxduğu zaman çox diqqətli hərəkət etmək məcburiyyətində qaldığını və iş qrafikini də həmin vəziyyətə uyğun qurmalı olduğunu söyləyib.