Türkiyə prezidentini və Cümhur İttifaqını çətin günlər gözləyir.
Axar.az xəbər verir ki, bu sözləri Ağrı bələdiyyəsinin sədri Savcı Sayan deyib.
O, Türkiyəyə hücumun olacağını bildirib:
“Yeni bir oyunla üz-üzəyik. Bu oyun Midhət Sancarın açıqlaması ilə bəlli oldu. Sancar kürd əsilli vətəndaş deyil. Kürd olmayan vətəndaşın partiya rəhbərliyinə gətirilməsi, Tunç Soyerin (İzmir bələdiyyə sədri) bayraq və pul vahidi ilə bağlı açıqlamaları qarşıdakı günlərdə Türkiyə Prezidentini və Cümhur İttifaqını ağır günlərin gözləyəcəyinə işarədir. Türkiyəyə hücum edəcəklər. Liviya, Suriya, İraqa çevirmək üçün...”
Qeyd edək ki, HDP həmsədri Midhət Sancar TBMM-dəki çıxışında provokasiyaya gedərək, kürdlərin muxtariyyətinə işarə etmişdi. Bundan başqa, İzmir bələdiyyəsinin sədri Tunç Soyer isə təmsil etdiyi şəhərin ayrıca bayrağı və pul vahidinin yaradılması təşəbbüsü ilə çıxış etmişdi.