Son xəbərlər

 
İlham Əliyev Azərbaycan xalqını təbrik etdiPrezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

“Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim”in hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayı insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.

Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir.

Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız “Quran” da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır.

Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaq.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.

Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!”

24 Aprel 2024 Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
24 Aprel 2024 Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev
23 Aprel 2024 Quru sərhədlərin bağlı qalmasından sonra... - Prezident
23 Aprel 2024 Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı
15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq