Polşada mayın 10-da keçirilməsi planlaşdırılan prezident seçkiləri koronavirus səbəbindən
qeyri-müəyyən vaxtadək təxirə salınıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.
Yeni səsvermə tarixi, bir çox hüquqi məqamlar kimi, hələ aydın deyil. Məlumdur ki, Polşa sakinləri yeni dövlət başçısını qiyabi üsulla – poçt vasitəsilə ilə seçəcəklər.
Qeyd etmək lazımdır ki, ölkənin indiki prezidenti Andjey Dudanın səlahiyyət müddəti bu ilin yayında bitir. Bu səbəbdən seçkilərin birinci mərhələsi mayın 10-na planlaşdırılmışdı. Lakin Polşa Konstitusiyası seçkiləri bu müddətdən bir və ya iki həftə sonra da keçirməyə imkan verir.