Bu gün Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında bu gün videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşü keçiriləcək.
Zirvə görüşü bu gün saat 15:00-da Qoşulmama Hərəkatının növbəti sədri kimi Prezident İlham Əliyevin çıxışı ilə başlayacaqdır.
Prezidentin çıxışından və BMT baş katibinin video müraciətindən sonra Ümumdünya Səhiyyə Təşkilatının baş katibi, Afrika İttifaqı Komissiyasının başçısı və Avropa Komissiyasının muavini çıxış edəcəklər. Daha sonra Qoşulmama Hərəkatına üzv ölkələrin başçıları çıxış edəcəklər. İran Prezidenti Həsən Ruhani də bu konfransda iştirak edəcək.