Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokurorunun təyin edilməsi barədə sərəncam imzalayıb.
Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.
Ölkə başçısının digər sərəncamı ilə Kamran Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.