Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli səsləndirib.
Onun sözlərinə görə, bir nəfər 1965-ci ildə Qərbi Azərbaycana bir qonaq gəlib: “Krasnoselski rayonunun birinci katibi Əli Həsənovla görüşür. Bu şəxs o zaman Dövlət Təhlükəsizlik Komitəsində işləyən Heydər Əliyev idi. O zaman Moskva icazə vermişdi ki, ermənilər soyqırımı tədbirlərini keçirsin. Hətta Gədəbəydə, bizim torpaqlarımızda. O zamanda azərbaycanlıların soyqırımı nəzərdə tutulurdu. Bunun qarşısını məhz Heydər Əliyev ala bildi. Biz erməni ilə heç vaxt dost ola bilmərik. Bunu unutmamalıyıq”.
Tahir Kərimli daha sonra qeyd edib ki, Beynəlxalq Amnistiya Təşkilatı bəyanat verib ki, Bakıda qadınlar aksiya keçirərək, gender bərabərliyi tələb ediblər: “Onları qəhraman kimi təqdim ediblər. Bizim qəhramanlarımız milli azadlıq hərakatında rus tankarının qarşısına çıxanlar, cəbhədə erməniyə qarşı vuruşanlardır. Həmin insanlar bizim qəhrəmanımız ola bilməz”.