Mədət Quliyev Milli qəhrəmanlar adından Azərbaycan Prezidentinə müraciət edib
Müdafiə Sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyev Milli qəhrəmanlar adından Prezident İlham Əliyevə müraciət edib.

Bu barədə MSN-in İnformasiya Texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov məlumat verib:

Müraciətdə deyilir:

"Bütün dünyanı cənginə almış, hətta ən güclü Avropa ölkələrini diz çökdürmüş koronavirus (COVİD-19) pandemiyası Azərbaycandan da yan keçməmişdir. Şükürlər olsun ki, Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində  bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik cavab vermiş, ilk xəstəlik faktının qeydə alındığı andan etibarən pandemiyanın təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmış, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, dövlət qurumları arasında əlaqələndirmə yüksək səviyyədə təmin edilmiş, əhali arasında maarifləndirmə aparılmış, quru sərhədləri bağlanmış, aviareyslər təxirə salınmış, ölkə daxilində ciddi karantin rejimi tətbiq olunmuşdur. Xaricdən qayıdan vətəndaşlarımızın istisnasız karantinə alınması, ölkə üzrə onlarla xəstəxananın koronavirus xəstələrinin sərəncamına verilməsi belə bir vəziyyətdə olduqca təqdirəlayiq haldır. Bu gün dövlətimizin bütün mümkün maddi imkanları epidemiyanın və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilmişdir. COVID-19 xəstəliyinin iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə Sizin imzaladığınız müvafiq Sərəncamla böyük həcmdə maliyyə vəsaitinin ayrılması,  pandemiyadan zərər çəkmiş sahibkarlara və bu sahədə çalışanlara yardım göstərilməsinə dair göstəriş verməyiniz bir daha sübut etdi ki, dövlətimizin yürütdüyü siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan gələcəyi durur. Pandemiyanın təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Sizin yürütdüyünüz siyasətin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi tərəfindən də təqdir edilməsi qürurverici haldır.

Hörmətli cənab Prezident!

Biz - Azərbaycanın Milli Qəhrəmanları pandemiyaya qarşı mübarizə istiqamətində Sizin yürütdüyünüz siyasəti dəstəklədiyimizi, belə bir çətin dönəmdə dövlətimizin yanında olduğumuzu, xalqımızın sağlam və firavan gələcəyi naminə hər cür fədakarlığa hazır olduğumuzu bəyan edirik. Sizin müdrik rəhbərliyiniz altında həyata keçirilən yüksək səviyyəli qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə tezlikdə pandemiyanın qarşısının alınacağına və vətəndaşlarımızın əvvəlki gündəlik həyatlarına qayıdacaqlarına bütün qəlbimizlə inanırıq!".

24 Aprel 2024 Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
24 Aprel 2024 Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev
23 Aprel 2024 Quru sərhədlərin bağlı qalmasından sonra... - Prezident
23 Aprel 2024 Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı
15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq