Son xəbərlər

 
Milli Məclisin vitse-spikeri: “Koronavirus bizim üçün sınaqdır”
“Koronavirus bəşəriyyət üçün həm böyük təhlükə mənbəyi, həm də bir sınaqdır. Təxminən hər yüz ildən bir bəşəriyyət oxşar virusla üzləşir. 3 ay əvvəl Çində başlayan epidemiya başqa qitələrdə və dövlətlərdə yaşayanları o qədər də narahat etmirdi, bir çoxları təhlükənin sovuşacağını düşünürdü. Bu gün isə mənzərə tamamilə fərqlidir, koronavirus az qala dövlətlərin tamamını öz cənginə alıb, hətta uzaq və qarlı Qrenlandiyada virusa yoluxan var”.

Report-un xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev özünün “Facebook” səhifəsində yazıb.

Vitse-spiker qeyd edib ki, Azərbaycanda da virus aşkarlanıb: “Panikaya əsas yoxdur. Sadəcə, laqeyd də qalmamalı, özümüzü və cəmiyyətimizi mövcud təhlükədən qorumağa çalışmalıyıq. Dövlətimizin gördüyü tədbirlərə tam dəstək verirəm. Özünü demokratiyanın beşiyi sayan Qərb dövlətləri belə insan azadlıqlarını müvəqqəti məhdudlaşdırmağa qərar veriblər. Önəmli olan insanların həyatını xilas etməkdir.

Allaha şükür, Qərb dövlətlərindəki ağır vəziyyət Azərbaycanda müşahidə olunmur. Ancaq bu o demək deyil ki, narahat olmamalıyıq, əksinə yalnız preventiv tədbirləri gücləndirməklə koronavirus adlı təhlükədən qurtula bilərik. Buna görə də həm Milli Məclisin, həm də Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər dəstəklənməlidir.

Lazım olmadıqca evdən bayıra çıxmayaq, restoran, çayxana və böyük dükanlara getməyək. Təəssüf ki, bəzi hallarda bunun tərsini müşahidə edirik. Məsələn, Təhsil Nazirliyi məktəb və ali təhsil ocaqlarında tədrisə ona görə ara verib ki, övladlarımız evdən kənara çıxmasın. Ancaq hələ də “mall”arda, çayxanalarda və “playstation”-lərdə gənclərimizə rast gəlmək olur. Bir daha buradan gənclərə müraciət edirəm: lütfən, bir müddət bayıra çıxmağa, dostlarla müxtəlif məkanlara getmək vərdişinə ara verin! Çünki bununla ətrafınızdakıları da təhlükə altına atmış olursunuz!”

A.Əliyev bildirib ki, koronavirusla bağlı toy və yas mərasimlərinin keçirilməsi qadağan olunub: “Doğru qərardır. Hesab edirəm ki, hətta virus təhlükəsi tamamən sovuşduqdan sonra da bəzi alışqanlıqlarımıza son qoymalıyıq! Dəbdəbəli və israfçı toy və yas mərasimlərindən imtina etməyi zəruri sayıram. Bundan başqa, kişilərin bir-birləri ilə qucaqlaşması (öpüşməsi) vərdişindən də qurtulaq! Qarşımızdakı əziz insandırsa, onunla çiyinlərimizi bir-birinə yaxınlaşdırmaqla görüşək və s.!

Bu arada, virusla mübarizədə yaşlı insanlarımız ən həssas qrup sayılır. Yaşlı insanlarımızı qorumalıyıq! Bu məqsədlə seçildiyim dairədə həmişə olduğu kimi Novruz bayramında evlərə çatdırmaqla yaşlı nəsilə ərzaq dəstəyimizi əsirgəməyəcəyik. Bununla bərabər, onun üzərində də düşünmək lazımdır ki, indiki həssas məqamda yaşlı insanlara daha hansı yardımı və dəstəyi edə bilərik? Koronavirusla bağlı bir çox ölkələrdə marketlərdən ərzağın evə çatdırılması xidməti işə düşüb. Azərbaycanda da bu haqda müzakirələr başlayıb. Aydındır ki, hər şəhərdə, hər rayonda, hər küçədə və hər binada yaşlı insanlara marketlərdən ərzağın çatdırılması həmin marketdə çalışanların imkanı xaricindədir. Hələ ki, bu işlə peşəkar səviyyədə məşğul olan şirkətlərimiz də çox deyil. Belə isə biz bu işə gəncləri səfərbər edə bilərik. Onsuz da dərslərə ara verilib. Dövlət başçısının 2020-ci ili “Könüllülər ili” elan etdiyini nəzərə alaraq, hazırki həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı. Həmin könüllülər marketlərdən, o cümlədən aptektlərdən ərzaq mallarının və dərmanların yaşlı insanlara çatdırılmasını təmin edə bilərlər.

Əvvəldə yazdığım kimi, koronavirus hamı kimi bizim üçün də sınaqdır və bu sınaqdan dövlətimizin və millətimizin üzüağ çıxacağına əminəm”.

24 Aprel 2024 Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
24 Aprel 2024 Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev
23 Aprel 2024 Quru sərhədlərin bağlı qalmasından sonra... - Prezident
23 Aprel 2024 Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı
15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq