Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin müavini Adil Əliyev koronavirusal bağlı məsələlərin müzakirəsi zamanı çıxış edərkən deyib. O, həmçinin vətəndaşları məsuliyyətli olmağa dəvət edib.
O deyib ki, vətəndaşlarımız məsuliyyətli olmalıyıq: “Bizim hər birimizin toxunulmazlığı vardır. Amma bizim koronavirusa yoluxmaqla bağlı toxunulmazlığımız yoxdur”.
Vitse-spiker kişilərin öpüşmək məsələsində də böyük təbliğata ehtiyac olduğunu bildirib. “Biz bundan istifadə edib kişilərin öpüşməsinin qarşısını ala bilərik”.