MSK sədri Məzahir Pənahov yeni seçilən deputatlara deputat vəsiqələrini təqdim edir
İclasın gündəliyinə 18 məsələ daxil edilib.
İlk olaraq Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yeni seçilən deputatlara deputat vəsiqəsini təqdim edir.
Daha sonra parlamentarilər "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Qanunu (ikinci səsvermə),
"Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik müzakirə olunacaq.
Deputatlar həmçinin Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələni müzakirə edəcəklər. Deputatlar həmçinin parlament komitələrinin tərkibini seçəcəklər.