Bu barədə modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.
Məlumata görə, Mehriban Sadıqova qurumun bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.
Belə ki təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi tərk edəcək.
Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.
Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb.
Məlumatı Diasporla iş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.