Moskva ABŞ-ın sanksiyaları sərtləşdirməsinə qarşı müqavimət göstərəcək və öz maraqlarını müdafiə edəcək.
Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. Peskovun fikrincə sanksiyalarla üzləşən bütün ölkələr analoji mövqe nümayiş etdirir.
“Rusiyanın müqavimət göstərməsi və maraqlarını müdafiə etməsi heç kimdə şübhə doğurmasın. ABŞ-ın sanksiyalarla bağlı siyasəti perspektivsiz və qeyri-qanunidir. Buna görə də, qanunsuzluqla üzləşən hər kəs maraqlarını müdafiə etməyə çalışacaq. Bütün bunlar anlayışla qarşılanmalıdır”, - Peskov bildirib.