Krım 2014-cü ildə Rusiyanın tərkibinə qatılarkən BMT faktiki olaraq heç nə etmədi.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər nazirinin müavini Sergey Kislitsa deyib:
“BMT-nin münaqişələrin qarşısının alınması və insan hüquqlarının pozulması hallarının sayının artması məsələlərinə sürətli reaksiya verməsi kritik əhəmiyyət daşıyır. 1994-cü ildə Ruandadakı genosidin qarşısını ala bilmədiyi kimi, bundan 20 il sonra da Təhlükəsizlik Şurası və baş katib Krımın işğalı və işğalçı Kremlin qarşısını almaq üçün heç nə etmədi”.
Xatırladaq ki, Ukrayna Prezidenti Pyotr Poroşenko bu günlərdə ölkəsinin Krım və Donbasda suverenliyini bərpa edəcəyini bildirmişdi.