Türkiyədə baş verən 15 iyul hərbi çevriliş cəhdinin ildönümündə ABŞ-ın “Vol Strit” jurnalına müsahibə verən Fətullah Gülənin çəkdirdiyi fotolar müzakirə mövzusuna çevrilib.
Axar.az xəbər verir ki, ən diqqətçəkən məqam isə divardakı televizorda yazılanlar olub.
Ekranda: “Bizim üçün ümid yeri oldunuz. İndi baxçalarda təntənə var. Bahardan səs gəlir. Tələsən tələsib dursun. Gözlənilən xoşbəxtlik qarşıdadır”, - deyə yazılıb.
Bundan əlavə, televizorun üstündə asılan saatın rəqəm quruluşunun qəribəliyi də diqqətdən yayınmayıb.
Digər fotoda isə Gülənin canamazın üzərində ayaqqabı durduğu görünür.
Bu fotoların nə anlam verdiyi sirr olaraq qalır.