Son xəbərlər

Fazil Məmmədovun biznesi batır – “Ən çox zərbə görən “AtaBank”dır”














Sabiq vergilər naziri Fazil Məmmədova məxsus bisnes strukturlarında, o cümlədən “AtaBank”da son illər gedən proseslər, baş verən qeyri-adi hadisələrlə bağlı məlumat vermişdik

“AzPolitika.info”ya daxil olan məlumatlarda sabiq nazir tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının – bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyevin “AtaBank”ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri iddia olunub.

Xeyli müddət keçsə də, nə bank, nə adları çəkilən şəxslər, nə də Fazil Məmmədov bu məlumatları təkzib etməyib. “AzPolitika.info”ya daxil olan yeni məlumatlarda isə “AtaBank”da növbəti qanunsuzluqların baş verdiyi iddia olunur. Belə ki, sabiq nazir Fazil Məmmədovun biznes strukturlarında ciddi problemlərin yaşandığını bildirən məlumatlı mənbə, “AtaHoldinq” və “Synergy Group”da maliyyə və idarəetmə böhranın hökm sürdüyünü iddia edir.

“Bu şirkətlərə kimin və necə rəhbərlik etdiyi bəlli deyil. Ciddi sağlamlıq problemləri olan F.Məmmədov bu şirkətlərə faktiki nəzarət edə bilmir, bunun da nəticəsində şirkətlər iflas həddinə çatıb”, - mənbə bildirir.

Elə bir müddət öncə hər ikisi keçmiş nazirə məxsus olan şirkətlər arasındakı borc probleminin məhkəməyə daşınmasına dair yayılan məlumatların da bundan xəbər verdiyi bildirilir.

“Belə ki, “AtaHoldinq”ə daxil olan “AtaSığorta şirkəti ödənilməmiş 9918 manat sığorta haqqına görə “Synergy Group”u məhkəməyə vermişdi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılaraq, həmin vəsaitin “Synergy Group”dan tutularaq “AtaSığorta”nın xeyrinə ödənilməsi qət edilmişdi. Hər zaman iri maliyyə qurumu kimi təqdim edilən “Synergy Group”un cəmi 9918 manat sığorta haqqını ödəyə bilməməsi, buna görə də eyni şəxsə məxsus digər şirkət tərəfindən məhkəməyə verilməsi sabiq nazirin şrkətlərində idarəetmənin iflic hala düməsini, sahibsizliyin hökm sürməsini əyani göstərir”, – məlumatda qeyd olunur.

Mənbənin sözlərinə görə, “AtaBank”dakı problemlər ictimailəşdikdən sonra “AtaSığorta”da da analoji proseslər getməyə başlayıb: “Belə ki, “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev bir neçə gün əvvəl öz ərizəsi ilə işdən çıxıb. 15 ildən çox F.Məmmədovun şirkətlərində çalışmış M.Əliyevin məhz indiki anda işdən ayrılmasının səbəbi artıq bu şirkətlərin iflas həddində olması ilə bağlıdır”.

F.Məmmədova məxsus şirkətlər içərisində ən böyük problemin isə “AtaBank”da qaldığı vurğulanır. Bankın həm nəzarət orqanlarını, həm də öz müştərilərini aldatdığı bildirilir: “Bir müddət öncə hər bir bank kimi “AtaBank”da öz illik maliyyə vəziyyətini açıqlayaraq, bankın 2018-ci ili 127 min mənfəətlə başa vurduğunu bəyan etdi. Lakin təcrübəli iqtisadcılar bu məlumatın yanlış olduğunu, əslində bankın zərərlə işlədiyini, bankın öhdəliklər içərisində itib-batdığını mediaya açıqladılar. Belə ki, 2018-ci il üzrə əvvəlki illə müqayisədə “AtaBank”ın mənfəəti 63% düşüb. Təkcə müştəri hesablarında üç ayda 7 milyon 724 min manat azalma qeydə alınıb. Bankın aktivləri də 7% azalıb.

Bankın 435 milyon 893 min manat öhdəliyi vardır ki, onun 20 milyon manatı Mərkəzi Bank qarşısındadır. Bankın mənfəət və zərər hesabatına əsasən, bankın 2019-ci ilin birinci rübündə faiz gəlirləri illik müqayisədə 19,1% azalaraq 8 milyon 627 min manat, faiz xərcləri 12% azalaraq 5 milyon 620 min manat, qeyri-faiz gəlirləri 60% azalaraq 917 min manat, qeyri-faiz xərcləri isə 8% azalaraq 5 milyon 297 min manat təşkil edib.
Bank əməliyyatda da zərər edib. Belə ki, “AtaBank”ın 2019-ci ilin birinci rübündə əməliyyat zərəri 1 milyon 373 min manat olub. Halbuki, bank 2018-ci ilin birinci rübündə 833 min manat əməliyyat mənfəəti əldə etmişdi.

Bank 2019-ci ilin birinci rübündə aktivlər üzrə ehtiyatlardan 1 milyon 500 min manat vəsaiti geri çəkdiyi üçün bu rübdə 127 min manat xalis mənfəət əldə edib. Əks halda bankın rəsmən zərərlə işlədiyi təsbit olunmalı idi.
Beləliklə də, bank üzrə mütəxəssislərin fikrincə, “AtaBank”ın təqdim etdiyi maliyyə hesabatı, onun mövcud likvidlik və dayanıqlıq vəziyyəti ilə qətiyyən uyğun gəlmir”.

Verilən məlumatda “AtaBank”ın dollarla kredit almış müştərilərinə dövlət tərəfindən ödənilmiş kompensasiyaları vermədiyi iddia edilir: “Məsələnin ən acınacaqlı tərəfi isə, bankın dollarla kredit almış müştərilərinə dövlət tərəfindən ödənilmiş kompensasiyaların onlara verilməməsidir. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasına görə, Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, vaxtilə ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya almalı olan vətəndaşların 71,8%-nə ödəniş edilib.

Lakin “AtaBank” tərəfindən bir qrup müştəriyə xırda məbləğdə kompensasiyalar verilsə də, böyük məbləğdə olan hissənin verilməsi əsassız olaraq yubadılır. Bununla bağlı isə bank heç bir mövqe bildirmir.

Qaydalara görə, 500 manatdan çox olan kompensasiya məbləği yalnız bank kartları vasitəsilə ödənilməlidir. Ona görə də, “AtaBank” bu qəbildən olan müştərilərə kompensasiyaları ödəmək üçün bank kartlarını təqdim etmişdir. Lakin maraqlısı odur ki, bu kartlarda indiyədək heç bir vəsait yoxdur. Palatanın kompensasiyaların verilməsinin artıq bitmə üzrə olduğunu bəyan etməsi fonunda, “AtaBank” müştərilərinə içində vəsait olmayan boş bank kartlar verib. Bunu isə nə ilə izah edildiyi bəlli deyildir”.

Mənbənin məlumatına görə, bankın bu davranışı xeyli sayda müştərinin haqlı narazılığına səbəb olub: “Bu müştərilər dəfələrlə banka müraciət etsələr də, müsbət cavab ala bilmirlər. Müştərilər artıq özlərinin bank tərəfindən aldadıldığını düşünürlər. Ona görə də bu qanunsuz hərəkətləri barədə media vasitəsilə nəzarət orqanlarını məlumatlandırmaq niyyətindədirlər”.

Verilən məlumata həmçinin qeyd olunur ki, bank əməkdaşları da yaranmış vəziyyətdən çox narahatdırlar: “Davamlı olaraq bankdan peşəkar əməkdaşlar ayrılmaqdadırlar. Onlar ümumiyyətlə hazırki sədr Dəyanət Quliyevin bankı idarə edə bilməməsini, bunun üçün onun korporativ təcrübəsinin olmamasını, “Ata Bank”ın bu səbəbdən iflic vəziyyətə düşməsini düşünürlər. Həqiqəti əks etdirməyən maliyyə məlumatlarını yaymaqla bank fəaliyyətini davam etdirə bilməz. Bankın fəaliyyəti kəskin risklərlə xarakterizə olunur.

Əgər qısa zamanda bankın likvidliyi və korporativ idarəetməsi düzəldilməsə onun bağlanacağı şübhəsizdir. Gedişat onu göstərir ki, Fazil Məmmədov sahibi olduğu “AtaBank”ın ayaqda qalmasına heç bir dəstək göstərməyəcək”.

Sonda qeyd edilir ki, “AtaBank”da vəziyyətin gündən-günə pisləşməsi Fazil Məmmədovun artıq bankın problemlərini həll etmək niyyətində olmadığından xəbər verir. Sabiq nazirin iflic vəziyyətə düşmüş bankı müştəriləri, dövlət orqanları və digər kreditorları ilə birlikdə baş-başa qoyduğu, bununla bağlı yaranacaq məsuliyyəti də idarəetmədə olanların üzərinə yönəldəcəyi bildirilir.

Qeyd olunan iddialarla bağlı “AtaBank”ın da mövqeyini dərc etməyə hazırıq.
Elmar Vəliyevin sevimli nömrəsi əlindən alındı - QALMAQAL















Sui-qəsd olayından sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elmar Vəliyevin sevimli avtomobil nömrəsi əlindən alınıb. 

Gununsesi.org-un xəbərinə görə, icra başçısı işlədiyi dönəmlərdə müxtəlif markalı avtomobillərinin üzərində gəzdirdiyi 20AA100 dövlət qeydiyyat nişanı artıq yeni icra başçısı Niyazi Bayramovun yaxın adamlarının istifadəsindədir.

Elmar Vəliyevin sevimli nömrəsi əlindən alındı - QALMAQAL







Qeyd edək ki, məlum nömrə Elmar Vəliyevin 250 min qiyməti olan “Lexux”unda idi.

Bundan başqa 20 AS, AC, AB 100-lə olan digər nömrələr də Vəliyevlər ailəsinin mülkiyyətində olub.

Məlumatda qeyd olunur ki, sabiq icra başçısının oğlu Elmir Vəliyev 20 AA 100 dövlət qeydiyyat nişanını vermək istəməsə də Gəncə Regional İmtahan Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarov həmin nişanı yeni başçının avtomobilinə verib.

Məlumatda qeyd olunur ki, sabiq başçının oğlu Vüqar Məmmədyarovu sərt ifadələrlə ittiham edib.
Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


Azərbaycanda son bir neçə ildə aparılan islahatlar siyahısının başında kadr islahatları dayanır.
Xüsusən 2018-ci ilin 11 aprel növbədənkənar prezident seçkilərindən sonra hökumətin başında duranlardan tutmuş yerli icra orqanlarının başçılarına kimi kadrların əksəriyyəti “cavanlaşdırıldı”.

İlham Əliyev seçkidə qələbə qazandıqdan sonra Nazirlər Kabinetini buraxdı, hökuməti tam yeni və cavan kadrlarla zənginləşdirdi.

Lakin kadrların “gəncləşdirilməsi” prosesi təkcə seçkilərdən sonrakı dövrü əhatə etmir. Bu dövrdən əvvəlki müddətdə də zaman-zaman ölkə başçısının sərəncamları ilə ölkənin icra strukturlarındakı daha yaşlı idarəedicilər cavanları ilə əvəz olunurdu.

Beləliklə, "Ölkə.Az" oxu.az-a istinadən Nazirlər Kabinetinin cavan kadrlarını təqdim edir:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev. Cəmi 39 yaşı var.

1980-ci ildə Bakı şəhərində anadan olub.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2002-ci ildə magistr pilləsini fərqlənmə ilə başa vuraraq magistr dərəcəsi, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

İngilis, rus, türk, fransız dillərini bilir. Ehtiyatda olan zabitdir.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

2010-cu ildən 2018-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərkimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Hazırda Kənd Təsərrüfatı naziri olan İnam Kərimov da gənc kadrlardandır. 42 yaşı olmasına rəğmən, Azərbaycanda “ASAN xidmət” kimi yeni yaradılmış qurumun adını brendə çevirməyi bacarıb.

1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olunan İnam Kərimov 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə təhsil alıb. 2000-2002-ci illərdə isə o, Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan dili ilə yanaşı, fars, fransız, ingilis və rus dillərini bilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli - nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib. 

Daha sonra isə Kənd Təsərrüfatı naziri postuna gətirilib.

Təhsil naziri Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 

Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.

Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. 
1992-1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.

2013-cü il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin edilib.

2017-ci il dekabrın 5-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsinə təyin olunub.

2019-cu il fevralın 9-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Rövşən Rzayev 1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olub. 


Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirib.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


Vüsal Hüseynov 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin iqtisadiyyat fakültəsinə daxil olub. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada “Academia İstropolitana Nova”da intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib. 

2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

2015-ci ildə keçirilən parlament seçkilərində qalib gəlib və deputat kimi fəaliyyət göstərib. 

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. 

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


2006-cı ilin fevral ayından 2018-ci ilin aprelinədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə birgə magistratura proqramını bitirib. 

2015-ci ildə keçirilmiş V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2018-ci ilədək Milli Məclisin Gənclər və İdman komitəsinin sədri olub. 

İngilis, fransız və rus dillərini bilir.

Cavanlaşma prosesi ölkənin əsas strukturları ilə yanaşı, digər qurumlarda da aparılır. Hökumətin cavan kadrlar tərəfindən idarə olunmasının nəticəsi isə son bir ildə hər bir sahədəki islahatlarla özünü büruzə verməkdədir.
Baş nazirdən yeni qərar


Ali təhsilin magistratura və doktorantura səviyyələrində ixtisas adı dəyişdirilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.”Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat” və “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda edilən müvafiq dəyişikliyə əsasən, magistratura səviyyəsində “Klinik psixologiya”, doktorantura səviyyəsində “Tibbi psixologiya” adlandırılan ixtisaslar “Klinik (tibbi) psixologiya” ixtisası olub.

Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üçün yarımstasionar (günərzi) sosial-psixoloji xidmətlərdən “psixodiaqnostika və şəxsiyyətin öyrənilməsi xidməti” “psixoloji müayinə və şəxsiyyətin öyrənilməsi” adlandırılıb.
Azərbaycanda nazir vəzifəsindən azad edildi


Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov vəzifəsindən azad edilib.

Bu barədə Nuhçıxan.az saytı məlumat yayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Famil Naqim oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edilib.
 
Ziya Məmmədovun qardaşı prorektor təyin olundu


Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetində prorektor təyin olunub.

Bu barədə ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat yayıb.

O bildirib ki, Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib:

“AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib”.
 
Prezident İlham Əliyev və Nikol Paşinyan arasında görüş olub


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşüblər. ONA-nın TASS-a istinadən xəbərinə görə, görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
ABŞ-la İran müharibə həddində: “Azərbaycan müxtəlif ssenarilərə hazır olmalıdır”















Vaşinqton üçün İran Şimali Koreyanın nüvə silahından qurtulmaqdan, Suriyada hərbi varlığı qorumaqdan və Venesuellada çevrilişin həyata keçirilməsindən ön plana keçərək başlıca mövzuya çevrilib”.

Minval.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ-la İran arasında münasibətlərin gərginləşməsi barədə fikirlərini bildirərkən söyləyib.

“Misal üçün ABŞ dövlət katibi Mayk Pompeo həftə ərzində İran mövzusuna görə iki səfərini təxirə salıb. Birinci dəfə o Berlinə getməliydi, ancaq o bu səfəri son anda arxa plana ataraq İranı müzakirə etmək üçün İraqa getdi. Səfərin təxirə salınması Berlini ciddi narahat etdi, hətta Almaniya mətbuatında belə başlıqlar atıldı ki, artıq “Amerika Almaniyanın müttəfiqi deyil, Vaşinqton bizi saymır”. Və ya bu gün Pompeo Soçiyə getməli, rusiyalı həmkarı Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşməli idi. Səfər yenə son anda təxirə salındı, Pompeo İranı müzakirə etmək üçün Brüsselə getdi” – Şahinoğlu deyib.

Elxan bəy bildirib ki, Amerikanın İranı təhdid etməsi, sanksiyaları sərtləşdirməsi və Hörmüz boğazına hərbi təyyarələr daşıyan gəmisini göndərməsi bölgədə vəziyyəti getdikcə gərginləşdirir, Rusiya da narahat olmağa başlayıb:

“Təsəvvür edin ki, Rusiyanın tanınmış şovinist siyasətçisi Vladimir Jirinovski dünən Rusiyanın televiziya kanalında Ukrayna mövzusundakı proqramda diqqəti İrana yönətlməyi bu ifadəylə təklif etdi: “Ukrayna aktual deyil, İrana diqqət yetirək. Amerika İranı dağıtmağa hazırlaşır, böyük qaçqın axını ilə üzləşəcəyik. Müharibə Qafqazı, o cümlədən Azərbaycanı, Ermənistanı və Gürcüstanı dağıdacaq, biz Qafqazla sərhəddi bağlamalıyıq”. Əlbəttə, bunu xəstə təxəyyülün məhsulu kimi də qiymətləndirə bilərik. Ancaq o da həqiqətdir ki, İran ətrafında halqa daralır, ABŞ-İsrail planı nədirsə bölgəyə yaxşı heç nə vəd etmir”.

Politoloq qeyd edib ki, Azərbaycan müxtəlif ssenarilərə hazır olmalıdır, İranı vurmaq və ya sıxışdırmaq istəyənlər Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almırlar.
Neft şirkətində İsgəndər Şirəli erası bitsə də... - Oliqarxın kapitalı və qara əməlləri üzə çıxır















Azərbaycanda məmurların vəzifədə uzun illər qalması artıq bir adətə çevrilib desək heçdə yanılmarıq. Dövlət qurumlarında uzun müddət vəzifədə işləyən məmurlarımızın bəziləri rəhbərlik etdikləri qurumları özlərinin şəxsi obyekti kimi idarə edirlər. Belə qurumlardan biridə Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlidir. Bununla bağlı cumhuriyyət.az-a daxil olan məlumata görə Dövlət Neft Şirkətinin adı çəkilən idarəsinin müdiri vəzifəsində 20 ildən çoxdur işləyən İsgəndər Şirəli bu günlərdə vəzifəsi ilə vidalaşıb. Buna səbəb isə İsgəndər müəllim haqqında şirkət rəhbərliyinə və ölkə mətbuatına davamlı olaraq ünvanlanan şikayət məktubları,ilə yanaşı onun son günlər idarə daxilindəki qanunsuzluqlarının pik həddə çatması olub.
Mənbənin məlumatına görə Komleks Qazma İşləri Trestinə Racu Vəliyev adlı yeni baş mühəndis təyin olunub. Bütün kadrları qohumluq prinsipləri ilə təyin edən İsgəndər Şirəli bu təyinatı həzm etmək istəməyib və idarə daxilində gənc kadra qarşı açıq açığına kampaniya aparıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə İ.Şirəli tapşırıq verib ki, heç bir şöbə və idarə rəisi baş mühəndisə zəng etməsin və zənginə cavab verməsin, ona heç bir sənəd filan göstərməsinlər. Racu Vəliyevi lazımsız fiqura çevirmək niyyəti güdən İsgəndər Şirəli iclasların birində açıq şəkildə ona bildirib ki, “bu Trestin tam sahibi mənəm, sən kimsən ki göndəriblər bura, səni əzib keçərəm üstündən”. Belə bir münasibəti qəbul etməyən R.Vəliyev ərizə yazaraq işdən çıxıb. Bunun ardınca proses ən yüksək səviyyədə araşdırılıb və nəticədə may ayından etibarən İsgəndər Şirəlinin özü də vəzifədən alınıb.
Onu da bildirək ki, Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Tresti kimi böyük bir quruma 20 ildən artıq rəhbərlik edən İsgəndər Şirəli bu müddət ərzində böyük bir kapitala sahib olub. Bununla bağlı cumhuriyyet.az-a bəzi məlumat daxil olub. İ.Şirəlinin daşınmaz əmlak siyahısına aşağıdakılar daxildir: Ağ Şəhərdə 8 obyekt və 1 mənzil; köhnə Qaqarin körpüsünün yanında 1 obyekt və 1 mənzil; Həzi Aslanov ətrafında 5 mənzil, 3 torpaq sahəsi, 16 mərtədəbədə 2 mənzil -8 və 12-ci mərtəbələrdə; Gənclik metrosu yaxınlığında 1 beşotaqlı mənzil, Heydər Əliyev sarayı ətrafında 2 obyekt; Zabitlər bağında 2 obyekt; Bilgəh bağlarında 9 cu dalanda 2 bağ villası; Qaraçuxurda 104 saylı məktəblə üzbəüz 4 obyekt; Neftçala şəhərində 2 mənzil – biri şəhərdə, digəri dəniz qırağında; Neftçala rayonunda iribuynuzlu mal ferması və balıq vətəgəsi; Şamaxıda özünün dediyi kimi 2 kral evi. Deyilənə görə obyektlərin hər birində mühafizəçi saxlanılır.
İsgəndər Şirəlinin fəaliyyətinin ən ilginc məqamlarından biri də onun maliyyə məsələləri ilə bağlıdır. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bütün maliyyə işləri və qara əməliyyatlar İranə adlı qız tərəfindən həyata keçirilir. İsgəndər Şirəlinin bütün gizlin hesablarından məlumatlı olan bu xanımın fəaliyyətinin gizli məqamları haqda növbəti yazımızda bəhs edəcəyik.
AzTV-nin keçmiş rəhbərinin oğluna vəzifə verildi















Bakı şəhər Sabunçu rayon Prokurorluğunda kadr dəyişikliyi olub.

Publika.az xəbər verir ki, Sabunçu rayon prokurorunun müavini Nazim Xudiyev baş prokuror Zakir Qaralovun əmri ilə vəzifədən azad edilib. O, Xətai rayon Prokurorunun müavini vəzifəsinə təyin edilib.

Xətai rayon prokurorunun müavini Fəqan Mahmudov isə Sabunçu rayonuna – Nazim Xudiyevin yerinə təyin edilib.

Qeyd edək ki, Nazim Xudiyev AzTV-nin keçmiş rəhbəri Nizami Xudiyevin oğludur.