Son xəbərlər

Fuad Abbasovun həbsi cəmiyyəti ayağa qaldırdı


Jurnalistlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olundu

Tanınmış jurnalist Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi və həbs edilərkən mənəvi, fiziki işgəncə görməsi ilə əlaqədar olaraq Dünya Azərbaycanlıları Assambleyası Rusiya hüquq mühafizə orqanlarının rəhbərlərinə, Rusiya Federasiyası Ombudsmanına, Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan səfirliyinə və təşkilatlara müraciət ünvanlayıb.

DAA-nın informasiya və mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarına və Ombudsmanına müraciətdə deyilir :

“Jurnalistə qarşı bucür qeyri insani davranışın qəbuledilməz olduğunu və bu addımın Rusiyanın insan haqlarının qorunması ilə bağlı öhdəlik olaraq üzərinə götürdüyü beynəlxalq hüquq normalarla , qoşulduğu beynəlxalq konvensiyalarla uyğun gəlmədiyini bildirir, bu hadisənin həm Rusiyada, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda təəssüff və hiddət doğurduğunu bildirir, jurnalistə qarşı qeyri insanı davranış göstərənlərin təcili cəzalandırılmasını sizdən rica edirik”

DAA-nın Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə müraciətində deyilir:

Hörmətli səfir , sizin diqqətinizi məlum jurnalist Fuad Abbasov məsələsinə yönəldir, bu məsələyə sizin müdaxilənizi rica edirik. Azərbaycan vətəndaşına, xüsusən jurnalistə qarşı bucür aşağılayıcı, qeyri insani davranış Rusiya Azərbaycan münasibətlərinin ruhuna adekvat olmadığını bildirir, ölkəmizi təmsil edən bir səfir olaraq Azərbaycan vətəndaşına qarşı bu olayı şəxsi nəzarətinizə götürməyi, qeyri insani davranış götürənlərin ciddi cəzalanmasına nail olmanızı rica edirik.

Bununla yanaşı DAA Rusiyada fəaliyyət göstərən təşkilatların da bu qeyri insani davranışa qarşı həmrəy olub etiraz səsi çıxarmasının vacibliyini vurğulayaraq , bu məsələ ilə əlaqədar Rusiya Federasiyasının müxtəlif bölgələrində fəaliyyət göstərən təşkilatların etiraz səsini ucaltmasını, bu hadisədə günahkar olanların cəzalanmasına nail olana qədər etiraz müraciətlərini, bəyanatlarını əsirgəməmələrinin zəruri olduğunu bildirib.

Fuad Abbasovla bağlı durum Azərbaycanda da ciddi etiraza səbəb olub. Başda millət vəkilləri olmaqla cəmiyyətin tanınmış simaları bu olaya öz etirazlarını bildiriblər.

Fuad Abbasovun həbsi cəmiyyəti ayağa qaldırdı


Millət vəkili Fazil Mustafa sosial şəbəkədəki statusunda yazıb ki, F.Abbasov hamının xoşuna gəlməyə bilər, ancaq ən pis şey unutqanlıqdır: “Fuad Abbasovun Rusiya-Türkiyə münasibətlərinin ən kritik anlarında göstərdiyi fədakarlıq, azərbaycanlı-çeçen konflikti zamanı atdığı addımlar barış üçün olduqca zəruri idi. Rusiyada onsuz da dünyagörüşcə və fəaliyyət sferasına görə olduqca dağınıq bir diasporumuz mövcuddur. Burada hamının maraqlarını təmin etmək elə də asan məsələ deyil. Digər tərəfdən, Rusiya Xüsusi Xidmət orqanları üçün azərbaycanlıların aktiv siyasi və mədəni çalışmaları da bir o qədər arzuolunan deyil və belə bir mühitdə kimsə irəli duraraq gücü çatan hansısa işləri görübsə, buna ancaq minnətdarlıqla yanaşmaq lazımdır. Burada Fuad Abbasovun atdığı hansı addımlarda siyasi yanlışlıq, naşılıq və başqa epizodlar da ola bilər. Lakin bu kimsəyə əsas vermir ki, ona fiziki işgəncə versin, üstəlik də başqa birisi də bu işgəncəyə və ya onun saxlanmasına haqq qazandırsın. Bu haqq qazandıranlar azərbaycanlı olanda, sadəcə ayıb bir davranış kimi qiymətləndirilməlidir. Azərbaycan xarici işlər nazirliyi konkret bu fakta görə Rusiya xarici işlər nazirliyinə nota verməlidir. Bu hadisə digər azərbaycanlıların gözünü qırmaq üçün də düşünələ bilər. Ona görə də indilik bütün ittihamları yığışdırıb Fuadın hüquqlarının müdafiəsi istiqamətində həm peşəkar hüquqi, həm də siyasi addımlar atılmalıdır. Bütün hallarda Azərbaycan dövləti öz vətəndaşının arxasında durmalıdır və Rusiyadakı səfirimiz oranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müzakirələr apararaq bu biabırçı davranışı törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində fəal diplomatik addımlar atmalıdır”.

Fuad Abbasovun həbsi cəmiyyəti ayağa qaldırdı


Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn isə F.Abbasova qarşı bu özbaşınalığı nifrətlə pislədiyini bildirib:“Rusiya və Azərbaycan hakimiyyət orqanlarını görəvə çağırıram”.

Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili də F.Abbasovla bağlı baş verənləri pisləyib: “Fuad Abbasovu məndən çox tənqid edən olmayıb. Lakin onun bu şəkildə bir cinayətkar kimi həbs olunması qəti şəkildə yolverilməzdir. Fuadın bir çox səhfləri olub ancaq bunlara rəğmən o müstəqil Azərbaycanın vətəndaşıdır. Kimsə bizim ölkəmizin vətəndaşı ilə alçaldıcı şəkildə rəftar edə bilməz. Zənnimcə məsələyə dövlətimiz qarışmalı, Fuadın bütün hüquqları dövlət yetkililərimiz tərəfindən qorunmalı, lazım gələrsə məsələyə ombudusman belə qarışmalıdır. Azərbaycan mətbuatı isə bu sifarişi verənlərin ifşa etməli, xüsusən bu məsələnin üçüncü qüvvələr tərəfindən Rusiya-Azərbaycan əlaqələrinə zərbə vurmaq cəhdinə diqqətli olmalıdılar. Sizi əmin edirəm ki, bu işin arxasından Ağadadaş Kərimov, Mehriban Sadıqova və onların himayədarı olan erməni lobbisi çıxacaq. Bir daha qeyd edirəm ki, Fuadı məndən çox tənqid edən olmayıb. Lakin Fuad bütün səhvlərinə rəğmən, mənim millətimin bir fərdidir və imkan verməyək ki, kimsə bizim millətimizin nümayəndəsi ilə belə rəftar etsin. Nədənsə bu şou mənə Orxan Zeynalovun həbsini xatırladır”.

Fuad Abbasovun həbsi cəmiyyəti ayağa qaldırdı


Rusiyada yaşayan jurnalist Fuad Abbasovla bağlı vəziyyət gərginləşib. Bu barədə Musavat.com-a onun vəkili Elman Paşayev məlumat verib. Vəkilin sözlərinə görə, bu gün təcridxanada saxlanılan jurnalistlə görüşüb. F.Abbasov vəkilinə bildirib ki, onu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər: “O internetə qoyulan fotolar düzgündür. Fuad Abbasov mayın 16-da çox sərt şəkildə döyülüb. Küçədə hüquq-mühafizə orqanı əməkdaşları onu qəddarcasına döyüb. Onlardan ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib. O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub. Adətən sifariş verənlər sübut istəyirlər ki, sifariş hansı formada yerinə yetirilib. Mən kriminalistəm, bu detalları bilirəm. Məqsəd o olub ki, sifarişşçiyə çatdırsınlar ki, Fuad Abbasovu sındırdıq”.

E.Paşayev bildirib ki, döyəndən sonra F.Abbasovun qoluna qandal geyindirilib. Müsahibimiz vəkillik fəaliyyəti boyunca belə bir qanunsuzluqla qarşılaşmadığını dedi. Onun sözlərinə görə, administrativ işlər üzrə heç kimin qoluna qandal vurula bilməz: “Fuad Abbasova deyilməyib ki, bu addım niyə atılır. Mayın 28-də Fuad Abbasov deportasiya edilməlidir. Amma ondan da tez ola bilər. Onu öncə küçədə, daha sonra isə polis idarəsində döyüblər. Məqsəd o olub ki, onu sındırsınlar və bunu yaysınlar”.

Vəkilin sözlərinə görə, F.Abbasov sifarişçilərin kimliyi ilə bağlı versiyalarını ona deyib. Rusiyada yaşayan həmyerlimiz hesab edir ki, sifarişçi ya erməni lobbisi, ya da Rusiyada yaşayan Azərbaycan diaspor təşkilatının rəhbəri Ağadadaş Kərimovdur: “Fuad deyir ki, polisə qəbul ediləndə bədən xəsarətlərini göstərsə də, onu qeydə almırdılar. Məhkəmədə vəkilinin gəlməsini tələb etsə də, buna məhəl qoyulmayıb. Hazırda saxlanma şəraiti və yeri normaldır. İlk 2 gün heç kimlə əlaqə saxlamağa imkan verməyiblər. Amma bu gün mən telefon verdim, bundan sonra axşam saat 7-dən 9-a qədər telefonla danışa biləcək”.

E.Paşayevin fikrincə, F.Abbasovun deportasiyası üçün heç bir əsas, səbəb yoxdur. Müsahibimiz həmyerlimizə qarşı törədilən qəddar əməliyyatda FCB-nin rolunun olmasına inanmır: “Çünki FCB kimisə döyüb, əlini-qolunu qandallamaz. Sabah tezdən hər tərəfə müraciət edəcəm. İlk olaraq istintaq komitəsinə müraciət edəcəm ki, müvəkkilim qəddarcasına döyülüb. Azərbaycanın Rusiyadakı səfirliyi də hadisə ilə bağlı məlumatlıdır. Onlara da müraciət edəcəm ki, bu olayla bağlı müvafiq qurumlara müraciət etsinlər. Mən vəkillik fəaliyyətim boyunca belə biabırçılıq görməmişəm. Azərbaycanın rəsmi səviyyədə buna reaksiya verməlidir”.

Bu arada F.Abbasovun ailəsi onun sosial şəbəkədəki hesabından müraciət ünvanlayıb. Həmin müraciətdə deyilir:“Jurnalist Fuad Abbasovun azadlığa çıxması üçün hər şey Rusiya qanunvericiliyi çərçivəsində vəkil tərəfindən həll ediləcək. Bunun üçün hər hansı bir maddi vəsait toplanmasına ehtiyac yoxdur. Kömək etmək istəyənlər Misra.ru saytına dəstək olsunlar”.
Deputat: Elmi dərəcəsini necə aldığı məlum olmayanlar ağzına gələni danışırlar


Azərbaycanda hava limanları, idman kompleksləri tikilir, hətta elə möhtəşəm komplekslər var ki, xaricdə beləsi yoxdur.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Rüfət Quliyev deyib.

Millət vəkili bu obyektlərin tender formasında icarəyə verilməsini təklif edib:

“Düşünürəm ki, Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısı, ya da qismən Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edə bilərlər”.

Millət vəkili eyni zamanda, cəmiyyətdə bəzi iqtisadi suallara cavab tapılması üçün ekspertlərin televiziyalara çıxmasını təklif edib.

“15 ildir deputatam, 15 ildir də deyirəm.

Danışanda da deyirik ki, TV-lərin bəziləri kommersiyadır, şəxsidir.

Lakin onlara təkliflər olarsa, onlar da geri addım atmaz. İqtisadi bloklarada ekspertlər çıxış etsinlər, sualları cavablandırsınlar. Son 2-3 ayda elmi dərəcəsini necə aldığı məlum olmayan şəxslər efirə çıxıb ağzına gələni danışırlar.

Bu gün sual veriləndə ki, islahatlar effektini göstərir? Deyirəm, bəli, başlayıb. İqtisadiyyatda dəyişikliklər effektini 6 aya, 1 ilə göstərir.

Ekspertlər efirə çıxsalar insanların suallarını cavablandırarlar.

10 gündən bir çıxışlar olsun, suallar cavablandırılısın. Televiziyalara baxanlar çoxdur”- deyə, millət vəkili sözlərinə əlavə edib.
Son illərdə Azərbaycanda keçirilmiş dərin iqtisadi islahatlar ölkədə əlverişli biznes mühitinin inkişafına xidmət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib.

Deputat biznesin bütün seqmentlərində islahatların davam etməsinin vacibliyini qeyd edib:

"Fikrimcə, biznes, ictimaiyyət və dövlət arasında əlaqələndirici rolu oynayan struktur qismində İctimai şuranın yaradılması həm biznesdə şəffaflığın təmin olunması baxımından, həm də dayanıqlı biznes mühitinin formalaşması üçün doğru qərardır".

O qeyd edib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nəzdində İctimai şuranın qarşısında dayanan məqsəd və tapşırıqların reallaşdırılması sahibkarlıq sahəsində müsbət nəticələr verəcək:

"Bu fakt uğurlu dövlət siyasətinin, eləcə də biznes sahəsində köklü islahatların göstəricilərindən biridir".

"İslahatın məgər buynuzu olur?” — Vahid Əhmədovdan SƏRT CAVAB


“Dövlət başçısının apardığı siysətə bəzi qüvvələrə kölgə salmağa çalışır. Bəzi özlərini professor, doktor, ekspert hesab edənlər həyata keçirilən islahatların effektsiz olduğunu və heç bir əhəmiyyətinin olmadığını bildirirlər. Mənim fikrimcə, son illərdə ölkədə dərin islahatlar həyata keçirilir. İslahatın məgər buynuzu olur”.
Bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ölkə başçısı tərəfindən 2016-2020-ci il Strateji yol xəritəsi qəbul edilib.

“Bu Yol xəritəsinə əsasən islahatlar həyata keçirilir. İslahatlar daha əvvəldən başlayıb və gedir. Mənim təklifim odur ki, belə büdcə məsələləri müzakirəsi daha geniş spektrdə təşkil olunsun. Müzakirəyə çıxarılan büdcənın icrası ilə bağlı müzakirələrə QHT-lər, siyasi partiya rəhbərləri, bizi tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır ki, qoy onlar öz fikirlərini bildirsinlər. Biz də öz arqumentimizi ortaya qoyaq. Qoy onlar müzakirə zamanı görsünlər ki, hansı işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır”, - deyə V.Əhmədov qeyd edib.

Deputat əlavə edib ki, Maliyyə Nazirliyi burada məlumat verir:
“Ancaq nazirlik il boyu bir dənə də olsun tədbir keçirib, vacib məsələləri müzakirə etmir. Təklif edərdim ki, Maliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə ildə bir dəfə heç olmasa investisiyalarla bağlı müzakirə aparsın. Bununla bağlı bizlərə ciddi iradlar var. Bu iradların aradan qaldırılamsı üçün ictimai müzakirələr keçirilməlidir”.

Deputat onu da əlavə edib ki, Qubanın Qonaqkənd kəndində anadan olmuşam:

“Bu kəndə sovet dövründə 70 il ərzində yol çəkilməyib. Rayon mərkəzi ilə kənd arasında 5 çay olub və bu çaylar üzərində körpü olmayıb. Ancaq Prezident İlham Əliyevin fəaliyəti nəticəsində son iki ildə bu kəndə yol çəkilir. Çaylar üzərində körpü salınır. Asfalt yol çəkilir”.

Deputat eyni zamanda qiymətlərin bahalaşmasından da şikayətlənib.
İlham Əliyev Bakıda marketdə – Fotolar



Prezident İlham Əliyev bu gün Sabunçu rayonunda olub.

Sabunçu dəmiryolu vağzalı kompleksinin açılışında iştirak üçün rayona yollanan ölkə başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb, onlarla söhbət edib.

Bundan başqa, prezident ərazidə yerləşən ərzaq mağazalarından birinə də baş çəkib.
İlham Əliyev Bakıda marketdə – Fotolar
İlham Əliyev Bakıda marketdə – Fotolar
İlham Əliyev Bakıda marketdə – Fotolar
İlham Əliyev Bakıda marketdə – Fotolar
İlham Əliyev Bakıda marketdə – Fotolar
İlham Əliyev Bakıda marketdə – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar


Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlət başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verib.

Sonra Prezident İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gedib, burada yaradılan şəraitlə tanış olub.
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – Fotolar
 
Genişmiqyaslı təlimlər başladı — VİDEO / YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gündən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Müdafiə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsi təlimin əsas mövzusudur.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub.
Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq. Genişmiqyaslı əməliyyat-taktiki təlimləri mayın 24-dək davam edəcək.<iframe width="425" height="325" src="https://www.youtube.com/embed/lSWqJYolD4g" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Vasif Talıbov Aparat rəhbərini işdən çıxardı



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 20-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Əli Əkbər oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri vəzifəsindən azad edilib.
Fizuli Məmmədov jurnalist Fuad Abbasova dəstək verməyə hazırdır


Tanınmış jurnalist Fuad Abbasovun Moskvada həbsindən sonra Rusiyada yaşayan azərbaycanlılar onun hüquqlarının müdafiəsinə dəstək verməsi üçün Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədova müraciət edib.

Bu haqda Musavat.com-a açıqlama verən Fizuli Məmmədov bildirib ki, azərbaycanlı kimi jurnalistə mümkün dəstəyi verməyə hazırdır: ”Son iki gündə Rusiyanın bir çox vilayətlərində yaşayan soydaşlarımızdan müraciətlər alıram. Hər kəs Fuad Abbasovun ermənipərəst qüvvələrin Rusiya hüquq mühafizə orqanlarına müraciəti əsasında həbsindən rahatsızdır. Bu müraciətlərin çoxu sosial şəbəkələrdə də yayılıb. Biz Fuad Abbasobun vəkili Elman Paşayevlə əlaqə saxladıq. Durumu dəqiqləşdirdik. Hazırda Fuad Abbasov istintaq altındadır. Elman Paşayev hüquq müstəvisində bütün addımların atıldığını bildirdi. Biz də öz tərəfimizdən gərək olan dəstəyi əsirgəməyəcəyimizi ifadə etdik”.

Fizuli Məmmədov bildirib ki, Rusiya Azərbaycanlıları İttifaqı Rusiyadakı bütün soydaşlarımızın problemlərinə həssas yanaşır və mümkün vasitələrlə dəstək verməyə hazırdır.
Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri - GİLEY













DİA.AZ redaksiyamıza müraciət edən Məlikov Əsədağa Aslan oğlunun müraciətini təqdim edir:

"Hörmətli redaksiya! Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun təsərrüfat müdiri Asif Lalayevin müəssisədə bu günə qədər törətdiyi qanun pozuntuları, işçilərin əmək məcəlləsilə iş saatlarının pozulması və baş verən qanun pozuntuları ilə əlaqədar İnstitutun baş həkimi Həqiqət Qədirovaya şikayət etdik. 15 ildir həmin institutda qazanxana operatoru işləyirəm.

Bundan sonra Asif Lalayevin çirkin əməllərinin üstü açılsa da o əməllərinə son qoymaq əvəzinə heç bir qanuna sığmayan 240 saat işləməyimizə baxmayaraq bütün qazanxana operatorlarına 156 saat yazdırmış və əzablı, məsuliyyətli işimizin 84 saatını mənimsəmişdir.

Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri - GİLEY









İnstitutun təsərrüfat müdiri Asif Lalayevə qazanxanada olan problemləri dəfələrcə desək də o, buna heç zaman məhəl qoymamış, dövlət tərəfindən ayrılan vəsaitləri şəxsi maraqlarına xərcləmişdir".

Daha sonra dia.az-adaxil olan müraciətdə deyilir: "İradımızı bildirdikdə bütün işçilərə hara və kimə istəyirsiniz şikayət edin və gələn aydan sonra maaşlarınız daha da azalacaq. A.Lalayev hamıya kobud və hədə-qorxu gəlir. Qazanxananın hal-hazırkı durumu acınacaqlıdır.

Su çənlərində su sızmaları nəticəsində hər dəfə su anbarlarını yoxlamaq üçün getdiyimizdə soyuq havalarda əynimiz su içində gələrək (su sızmalarının video çəkilişi mövcuddur) bir gün artıq özümüzün vərəm xəstəsi olacağımıza heç şübhəmiz yoxdur.

Asif Lalayevin institutda təsərrüfat müdiri vəzifəsindən başqa kadrlar şöbəsinin iş fəaliiyətini də üzərinə götürmüşdür. İşə daxil olmaq istəyənlər Asif Lalayevə baxım görüm etməlidirlər. Hər vəzifənin öz rüsumu var: Qapıda dayanan mühafizə ilk işə götürüləndə 200 manat (qapıdan yığılan aylığın 35 manatı A.Lalayevə çatır), Qazanxana operatoru vəzifəsi: 400 -500 manat, Bağban-150 manat.

Şikayət və qanun pozuntularını bilə-bilə hələ də A.Lalayevə bu şəraitin yaradılması, onun hegomon əməllərinin qarşısının alınmamasına, institutun direktoru H.Qədirovanın heç bir ölçü götürməməyi bizdə şübhə yaradır".

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...