Son xəbərlər

AXCP sədri ilə bağlı ilginc faktlar üzə çıxdı - Əli Kərimlinin partiyasında kütləvi istefalar


AXCP sədri Əli Kərimlinin başı dərddədir. Partiyasında onu tərk edənlərin sayı getdikcə artmaqdadır. Son bir ayda 100-ə yaxın AXCP fəalının qurumdakı idarəçiliyə, fəaliyyətdəki uğursuzluqlara etiraz əlaməti olaraq partiyanı tərk etdiyi yönündə xəbərlər yayılıb.

Proseslərə don geyindirmək üçün isə Kərimli maraqlı taktikaya əl atıb; AXCP-yə yeni üzvlərin qəbul olunduğu barədə xəbərlər tirajlayır. AXCP funksionerlərinin əksəriyyətinin son bir həftədə paylaşdıqları statusların əhəmiyyətli hissəsi təşkilata təzə üzvlərin gəldiyinə dairdir.

AXCP sədri, onun müavinləri və fəal partiya üzvləri zaman-zaman verdikləri açıqlamalarda təşkilatın üzvlərinin sayını şişirdiblər. Qurumdan qopmalar baş qaldıran kimi bu cür xəbərlər dövriyyəyə buraxılır.

AXCP-də bu cür halların son illərdə tez-tez baş verməsinin səbəbi isə nəticəsiz mübarizə, uğursuzluq, AXCP sədrinin insanlar üzərindən siyasi bazarlığa getməsi, özü lüks həyat yaşadığı halda, tərəfdarlarının taleyinə biganə yanaşmasıdır. Partiyasından qopmaların davam edəcəyini görən Kərimlinin yeni üzvlərin qəbulu barədə dezinformasiyaları özünə yaxın mətbuat orqanları və sosial şəbəkələr vasitəsilə cəmiyyətə yeritməyə cəhd etdiyi bildirilir.

Digər bir məlumat isə ondan ibarətdir ki, partiya daxilində Əli Kərimliyə qarşı “üsyançılar” formalaşıb. Bir qisim partiyadan getməyə deyil, yarıtmaz idarəçiliyə qarşı çıxıb, açıq etirazlar etməyə hazırlaşır. Bu qüvvələr AXCP liderinin uğur qazanacağına olan inamlarının itdiyini açıq şəkildə bəyan ediblər.

Hətta partiyanın son iclaslarından birində AXCP liderinin indiyə qədər üzləşmədiyi təpkini partiya daxilindən aldığı barədə xəbərlər yayılıb. Gizli məkanların birində keçirilən həmin iclasda Kərimlinin üzvlər qarşısında şərt qoyduğu, onları sərt mövqe sərgilməyə və həbsdən belə qorxmamağa, rəqiblərə söyüş-təhqirlə də cavab verməyə çağırdığı qeyd olunur. Həbslərin onların xeyrinə olduğunu deyən AXCP rəhbərinə sərt etirazın bundan sonra baş qaldırdığı deyilir. Etirazçıların həbslərin onların deyil, sədrlərinin xeyrinə olduğunu dilə gətirdikləri və Kərimlinin bundan əsəbləşərək həmin şəxsləri partiyadan qovmaqla hədələdiyi bildirilir. Ömürlərini AXCP yolunda qoyan şəxslərin üzərindən bir saniyədə Kərimlinin xətt çəkməsi yaranan problemləri daha da dərinləşdirib. Partiyada baş verən qopmaların bu iclasdan qaynaqlandığı ehtimal edilir. Mövcud vəziyyətdən qurtulmaq üçün AXCP sədrinin baş sındırdığı, önləyici tədbirlər gördüyü qeyd edilir.

Təşkilat daxilindən sızan məlumata görə, faktiki olaraq AXCP lideri partiyasından daha çox siyasi məhbusun olmasında maraqlı olduğunu gizlətməyib. Bununla o, həm xaricdən “siyasi məhbusların müdafiəsi” adı altında pullar alır, həm də daxildə “ana müxalifət”, iqtidara qarşı ən dirənişli təşkilat olduğu görüntüsünü yaratmağa çalışır.

AXCP sədrinin siyasətdə olduğu dönəmlərdə hər zaman istifadə etdiyi ənənəvi üsula əl atacağı da dolaşan söz-söhbətlər sırasındadır. Onun partiyanı tərk edənlərə “satqın” damğası vuracağı şübhə edilmir. Onun partiya daxilində baş verənlərin son dərəcə gizlədilməsi üçün xüsusi tapşırıq verdiyi vurğulanır. Amma necə deyərlər, “cidanı çuvalda gizlətmək olmaz”.

Kərimlinin “b” planına görə, partiyadakı istefalar və narazılıqlar ictimailəşsə, Kərimliyə yaxın mətbu orqanlarda, eləcə də sosial şəbəkələrdə “AXCP-yə çoxsaylı insanlar üzv olur” tipində təbliğat əsas prioritetə çevriləcək. Faktları isə gizlətmək mümkün deyil...

“Yeni Müsavat”
Prezident həmsədrləri qəbul edib –Qarabağ müzakirəsi


Prezident İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Prezidentlə xanımı finalı belə izlədi - Fotolar


Xəbər verdiyimiz kimi, dünən Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan final oyununa Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

"Qafqazinfo" prezidentlə xanımının stadiondan fotolarını təqdim edir:
Prezidentlə xanımı finalı belə izlədi - FotolarPrezidentlə xanımı finalı belə izlədi - FotolarPrezidentlə xanımı finalı belə izlədi - FotolarPrezidentlə xanımı finalı belə izlədi - FotolarPrezidentlə xanımı finalı belə izlədi - FotolarPrezidentlə xanımı finalı belə izlədi - FotolarPrezidentlə xanımı finalı belə izlədi - Fotolar
 
Rəsmi Vaşinqton Ankaranı sanksiyalarla hədələdi


ABŞ Türkiyənin “F-35” döyüş təyyarələrini satın alma proqramında iştirakını ləğv edə və Rusiyadan “S-400” raket sistemlərini aldığına görə CAATSA qanunu çərçivəsində Ankaraya qarşı sərt sanksiyalar tətbiq edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus bildirib. 

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Türkiyə “S-400”ün alışını tamamladığı halda çox ciddi tədbirlərlə qarşılacaq”, - deyə o, birifinqdə bəyan edib.

Qeyd edək ki, CAATSA qanunu 2017-ci ildə qəbul edilib. Rusiya, İran, Şimali Koreya və bu ölkələrlə hərbi-texniki əməkdaşlıq edən IV tərəfə qarşı sanksiya tətbiqini nəzərdə tutur.
Milli Məclisin gündəliyi məlum oldu



Milli Məclisin yaz sessiyasının bu gün son ikigünlük sessiyası keçiriləcək.
İki gün davam edəcək plenar iclasın gündəliyinə 26 məsələ daxil edilib.

Parlamentarilər iki gün ərzində “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarına, “Milli Məclisi deputatının statusu haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara dəyişiklik, “MDB iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiqi, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Milli Məclisinin komitələri haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Hesablama Palatası haqqında”, “Mərkəzi Bankı haqqında”, “Dövlət rüsumu haqqında” və sair qanunlara dəyişikliklər və əlavələri müzakirə edəcəklər.
Plenar iclasın ikici günü isə deputatlar “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu, “Əhalinin sağlamlığının qorunması haqqında”, İnzibati Xətalar Məcəlləsində və Vergi Məccələsinə dəyişiklikləri müzakirə edəcəklər.
Bu deputatlar məsuliyyətə cəlb ediləcək — Qanuna dəyişiklik


“Milli Məclisin deputatının statusu haqqında” qanuna dəyişiklik nəzərdə tutulur. Üzürsüz səbəbə görə komitə və komissiya iclaslarında iştirak etməyən deputat parlamentdaxili məsuliyyətə cəlb olunacaq.
Adıçəkilən qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə salınıb.
Deputatın parlamentdaxili məsuliyyətə cəlb olunması ilə bağlı “Milli Məclisi deputatının statusu haqqında” qanun 16-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilməsi təklif olunur: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur”.
Vaqif Əsədov plyonka haqqında: “Şayiə yayıb sürcüləri çaşdırmağa nə ehtiyac var?!”



“Biz niyə qanunu müzakirə etməliyik!? Qanunda nə tələb olunursa ona da əməl etməliyik”.

Bu sözləri “Report”a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O, sürücüləri qanunvericiliyin bütün müddəalarına, o cümlədən plyonka ilə bağlı tələblərə əməl etməyə çağırıb:

“Əgər qanunla plyonkaların avtomobillərin yan şüşələrinə vurulması qadağan edilibsə, niyə həmin qanunun tələblərini pozmalıyıq?! Şayiə yayıb sürücüləri çaşdırmağa nə ehtiyac var?!”

Mövzu ilə bağlı “Report”un söhbət etdiyi ekspert isə bildirib ki, konstruksiya dəyişikliyi (pərdə və plyonkalar) ilə bağlı bəzi müddəalar dünya standartları ilə uyğun deyil: “Buna görə də yaxın vaxtlarda qanuna dəyişiklik edilməsi gözlənilir”.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 saylı Əlavəsində nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların və konstruksiya dəyişliklərin siyahısı göstərilib.

Siyahını olduğu kimi təqdim edirik:

VII. Konstruksiyanın digər ünsürləri

1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda.

2) Səs siqnalı işləmədikdə.

3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə.

Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
Fazil Məmmədovun kadrı Xətainin icra başçısı olmaq istəyir


İlqar Süleymanovun ikinci cəhdi baş tutacaqmı… 
Bakının ən böyük rayonlarından olan Xətai rayonu 6 aya yaxındır rəhbərsiz qalıb. Uzun illər bu rayona rəhbərlik etmiş Razim Məmmədov 2018-ci ilin 13 dekabr tarixində ölkə prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilib. Bu vaxta qədər də o posta təyinat olmayıb. Prosesin bu qədər uzanması haqda ictimaiyyətə heç bir məlumat verilmir.

Bəzi iddialara görə, olduqca əhəmiyyətli olan Xətai rayonuna başçı axtarışları başa çatmayıb. Çox güman ki, dövlət rəhbərliyi bu cür strateji əhəmiyyətli rayona korrupsiya çirkabına bulaşmamış, adı rüşvətdə, başqa çirkin işlərdə hallanmamış kadr təyin etməyi planlaşdırır. Son dövrlər icra başçıları təyinatında əsas götürülən xətt məhz budur: təmiz reputasiyalı, gənc, intellektual, xarici dil bilən, müasir texnologiyalardan istifadə etməyi bacaran kadrlara etimad göstərilir.

Xətai rayonundan narazılıq çoxdu. Təkcə bir faktı deyək: yaşıllıqların məhvi məsələsi uzun illərdi aradan qaldırılmır. İcra başçısı vəzifədən getsə də yaşıllıqlara qənim kəsilən dəstə hələ də iş başındadı. Bu ayın əvvəllərində rayonun Məhəmməd Hadi küçəsində baş verən “yaşıl soyqırım” buna bariz nümunədir. Ənənə necə qoyulubsa, təəssüf ki, onu dayandırmaq hələ də mümkün deyil.

Musavat.com-un əldə etdiyi məlumata görə, məhz bu cür işlər, vəzifədə olduqları dövrdə yol verdikləri nöqsanlar səbəbi ilə Xətai RİH-nin bir neçə vəzifəli şəxsinin fəaliyyəti hələ də təftiş edilir. Bildirilir ki, onların barəsində açılmış cinayət işi, başladılmış istintaq dayandırılmayıb.

Fazil Məmmədovun kadrı Xətainin icra başçısı olmaq istəyir


İlqar Süleymanov

Bu arada, Xətai rayonunun icra başçısı olmaq istəyən xeyli adamın hərəkətə keçdiyi də gələn xəbərlər sırasındadır. Onlardan biri də hazırda Binəqədi Rayon İcra başçısının 1-ci müavini vəzifəsində işləyən İlqar Süleymanovdur.

İ.Süleymanov keçmiş vergi işçisi olub. Hazırda işlədiyi posta vergilər sistemindən gətirilib. Sabiq vergilər naziri Fazil Məmmədovun ən etibarlı kadrlarından, yaxın adamlarından olub. Binəqədinin keçmiş başçısı Xaləddin İsgəndərov da Fazil Məmmədovun yaxın qohumu və inandığı kadrlarından olsa da İlqar Süleymanovla heç vaxt yol getməyiblər. Deyilənə görə, Xaləddin İsgəndərov İ.Süleymanovu özünə potensial rəqib görürmüş. Mənbəmiz iddia edir ki, İ.Süleymanovun gənc və savadlı olması, təsərrüfat işini və idarəetməni yaxşı bilməsi, ən əsas da Fazil Məmmədov tərəfindən etimad qazanması Xaləddin İsgəndərovu daim narahat edirmiş. Bu səbəbdən də həmişə İ.Süleymanovla X.İsgəndərov araslında soyuq münasibət olub. Başqa bir iddiaya görə, onlar vaxtaşırı bir-biriləri haqda mətbuata gizli yolla ifşaedici məlumatlar ötürürmüşlər.

Ötən il may ayında Xaləddin İsgəndərov vəzifədən çıxarıldıqdan sonra İlqar Süleymanov Binəqədinin icra başçısı olmaq üçün çox çalışıb. Bu haqda ötən il mediada xeyli yazılıb. Musavat.com-a Süleymanovun yaxın çevrəsindən verilən məlumata görə, o, çox çalışsa da, niyyəti baş tutmayıb. Ona hələ bir müddət də 1-ci müavin postunda işləməsi tövsiyə edilib.

İndi isə boş qalmış başqa bir posta – Xətainin icra başçısı vəzifəsinə təyinat alması üçün İ.Süleymanovun ciddi çalışdığı deyilir. Bunun üçün o, tərcümeyi-halının bəzi məqamlarını “təmizləmək” işinə girişib deyirlər. Mənbə bildirir ki, onu ən çox narahat edən karyerasının Fazil Məmmədovla bağlı olmasıdı.

Mənbə bildirir ki, İ.Süleymanovun tərcümeyi-halında ona mane ola biləcək təkcə Fazil Məmmədova bağlı məqamlar deyil. Deyilənə görə, o, 1-ci müavin olduğu dövrdə adı xeyli xoşagəlməz fəaliyyətlərdə hallanıb. Bu haqda indiyədək bəzi KİV-lərdə yazılar da gedib. Musavat.com İ.Süleymanov haqda yazılanların hamısının həqiqət olduğunu iddia etmir. Sadəcə bu məqamı xatırlatmaqla kifayətlənir.

Yazılanlarla bağlı İlqar Süleymanov mövqe bildirmək istəsə, onun mövqeyini, açıqlamasını dərc etməyə hazırıq.
Prezidentdən daha bir sərəncam



Azərbaycanın energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası hazırlanacaq.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini 1 il müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Nazirlik elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təklifləri 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflər isə İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla 6 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq. Həmçinin bərpaolunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlanıb 4 ay müddətində Azərbaycan Prezidentinə təqdim edilməlidir.

Bundan başqa, ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflər isə 6 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır.

Nazirlər Kabineti “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrini, habelə “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələrini hazırlayıb 1 il müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir. Həmçinin Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərini həll olunmalıdır.