Son xəbərlər

Azərbaycanla Türkiyənin bu addımı Ermənistanı SİLKƏLƏDİ: hucum etməsək... - SENSASİON ÇAĞIRIŞ














Ermənistan cəbhədə Azərbaycan Ordusunun fəallaşdığını, irihəcmli mühəndislik işlərinin aparıldığını iddia edir.

Publika.az-ın məlumatına görə, son günlər işğalçı erməni hərbi birləşmələrinin itkilər verməsi, yaralanma hadisələrinin artması, o cümlədən, əsgərlərin müəmmalı şəkildə yoxa çıxmasına görə İrəvan Azərbaycanı günahlandırır. Halbuki, erməni hərbi birləşmələri təmas xəttində gərginliyin artırılması məqsədilə cəbhəboyu kəndlərdə mülki əhalini intensiv atəşə tutur.

Müşahidələr göstərir ki, hazırda cəbhədə vəziyyət müharibə həddinə çatıb və işğalçı tərəf Düşənbə razılığına əməl etmək niyyətində deyil.

Erməni politoloq Robert Qevondyan bildirib ki, Azərbaycan Düşənbə razılaşmasına əməl edilmədiyini və atəşkəsin zaman-zaman pozulduğunu görəndən sonra aktivləşdi.

“Bakı gözləyirdi ki, Ermənistanda siyasi dəyişiklik Dağlıq Qarabağ münaqişəsinə yanaşmada da dəyişikliyə səbəb olacaq, lakin İrəvan hərbi ritorikanı dayandırmadı və daha sərt mövqe sərgilədi. Buna görə də təmas xəttində aktivləşmə başlandı. Ermənistan cəmiyyətində Azərbaycana sərt hərbi cavab verilməsi gözləntisi var, buna görə də yeni hakimiyyət bəyanatlarında bu xətti seçdi. Bu, cəbhədə vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq”, - deyə o bildirib.

Politoloq Levon Şirinyan isə Azərbaycan-Türkiyə hərbi təlimlərinə diqqət çəkib və qeyd edib ki, baş verənlər regionda Ermənistanın gələcəyi üçün ciddi təhlükədir.

Şirinyan Ermənistan ordusunu Azərbaycana hücum etməyə çağırıb və qorxu ilə bildirib ki, “hücum geciksə, rəqib bizi qabaqlayacaq və o zaman heç nəyi xilas etmək mümkün olmayacaq”.
Prezident daha bir məşhura mənzil hədiyyə etdi













Prezident İlham Əliyev xalq artisti Qurban İsmayılova ev hədiyyə edib.

Dergi.az xəbər verir ki, bu barədə aktyor özünün video-müraciətində deyib. 

O, dövlət başçısına minnətdarlığını bildiririb: “Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə mən cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzu edirəm”.

Prezident daha bir məşhura mənzil hədiyyə etdiQeyd edək ki, Q.İsmayılov bundan öncə “Kristal Abşeron”da kreditdə olan birotaqlı mənzildə yaşadığını qeyd edib.
Ramil Səfərovun ailə FOTOSU















Azərbaycan ordusunun polkovnik-leytenantı Ramil Səfərovun ailəsi ilə çəkdirdiyi foto sosial şəbəkədə paylaşılıb.
42 yaşlı zabitin həyat yoldaşı Şəbnəm Gülməmmədova və qızıyla görüntüsünü bir neçə böyük səhifə paylaşıb. 

Qeyd edək ki, R.Səfərov özü heç bir sosial şəbəkədə yoxdur.Ramil Səfərovun ailə FOTOSU
Eldar Əzizov Xətaidə ağacların kəsildiyi əraziyə gəldi














Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov ağacların kəsildiyi - Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanına baş çəkib.
Report verdiyi xəbərinə görə, E.Əzizov məsələnin araşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

O, sakinlərin şikayətlərini dinləyib, bu hadisənin diqqət mərkəzində olduğunu qeyd edib.

Qeyd edək ki, mayında 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət təkrarən nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb: "Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə nazirlik tərəfindən “məcburi göstəriş” verilib.
H.Temirov barəsində toplanan araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Həmin ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı 28 mart 2019-cu il tarixində mülkiyyətçinin oğlu Rüstəm Temirov, 3 aprel 2019-cu il tarixində isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəmüvafiq hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib.
Ramil Usubov generalın qohumuna vəzifə verdi














Daxili işlər orqanlarında yeni təyinat olub.

ONA-nın xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

M.Qulubəyli buna qədər Nizami RPİ-də çalışıb.

Qeyd edək ki, M.Qulubəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin qardaşı oğludur.
Prezident sərəncamlar imzaladı














Bakı–Şamaxı–Yevlax–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinə 2 milyon manat ayrılıb.

Prezident İlham Əliyev “Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Bundan başqa dövlət başçısının digər sərəncamları ilə Qobustan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.
“ASAN Xidmət”ə yeni səlahiyyətlər verildi















Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyət verilib.

Bu, bu gün Prezidentin fərmanı ilə ““Güzəştli mənzil” sistemi haqqında Əsasnamə””yə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, Əsasnamənin 6.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilir.

Elektron sistemin fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən portal vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:

1. mənzili güzəştlə əldə etmək istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;

2. mənzili güzəştlə əldə etmək istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;

3. mənzili güzəştlə əldə etmək istəyən şəxsin (birgə borcalanın) iş yerini təsdiq edən məlumatlar;

4. mənzili güzəştlə əldə etmək istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;

5. mənzili güzəştlə əldə etmək hüququna malik olan şəxslər barədə məlumatlar.
Prezident İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib














Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

ONA xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyət göstərdiyi bina 1965-ci ildə Mərəzə Qəsəbə Xəstəxanası qismində istifadəyə verilib və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası kimi fəaliyyət göstərib. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxananın laboratoriyaları da müasir səviyyədədir. Burada laborator müayinələri yüksək dəqiqliklə və qısa müddətə aparmaq üçün hərtərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tibb ocağının kollektivi ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Cahangir Hacıyevin kosmik talançılığı - kosmonavt qadına 12 milyon peşkəş olunub














Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsində cinayət işi üzrə proses davam edir. Məhkəmədə üzə çıxan faktlar ölkənin ən böyük və sistem mahiyyətli bankında illərlə talançılığın hansı səviyyədə olmasını göstərir. Cahangir Hacıyevin dost-tanışını məsul vəzifələrə yerləşdirilməsi Beynəlxalq Bankın çöküşünü labüd edən səbəblərdəndir. Kosmosa uçan ilk müsəlman qadına Cahangir Hacıyevin kadrları nə az, nə çox, düz 12 milyon dollar kredit veriblər. Ənuşə Ənsari 12 milyon dolları alıb və Beynəlxalq Bankın varlığını, sadəcə, “unudub”.

Məşhur azərbaycanlı milyarder Telman İsmayılova Hacıyevin dost-tanışı yarısından çoxu dövlətin olan bankından 70 milyon dollar kredit veriblər. Telman İsmayılov krediti ödəyə bilməyib. Amma Anuşə Ənsari kimi “unutqan”lıq da etməyib, özünün şirkətlərinin bir neçəsini Cahangir Hacıyevin nəzarətinə keçirib.

Bütün bunlar Cahangir Hacıyevlə birgə mühakimə olunan sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərlərinin məhkəməsində Cahangir Hacıyevin yaxın dostu Fuad Abdullayev tərəfindən açıqlanıb. Şahid qismində ifadə verən Fuad Abdullayev deyib ki, 1992-ci ildən Beynəlxalq Bankda işləyib. Bildirib ki, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri olandan sonra 2001-ci ildə onu Moskva filialının rəhbəri təyin edib. Orada bir çox layihə işləri həyata keçirilib. Fuad Abdullayev kosmik talançılığın, Telman İsmayılova kredit verilməsi göstərişinin Cahangir Hacıyevdən gəldiyini deyib.

Sitat: “Telman İsmayılov bankdan 70 milyon dollar kredit götürdü. Odessa şəhərində ticarət şirkətlərinin inşası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Layihəni həyata keçirmək üçün ona kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandığından kreditləri ödəyə bilmədi. 2013-cü ildən isə ödənişləri dayandırdı. Daha sonra isə Telman İsmayılov dörd şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçirdi”.

F.Abdullayev kosmosa turist kimi uçan ilk müsəlman qadın olan Ənuşə Ənsarinin bankdan kredit götürməsi ilə bağlı da maraqlı açıqlama verib.

Sitat: “Ənuşə Ənsari ABŞ-da ”Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürmüşdü. Sonradan kreditin faizi ödənilsə də, əsas borc qalmışdı. Mən işdən ayrılandan sonra bu barədə məlumatım yoxdur".

Ənuşə Ənsari 2006-cı ildə kosmos turizmi çərçivəsində kosmosa çıxan ilk müsəlman qadındır. İranın Məşhəd şəhərində anadan olub, sonradan ata-anası ilə birgə Tehranda yaşayıb. 1984-cü ildə isə valideynləri istedadlı övladlarına daha mükəmməl təhsil verə bilmək üçün ABŞ-a köçüblər. Burada informatika və elektronika üzrə təhsil alan Ənuşə Corc Vaşinqton Universitetində magistr dərəcəsi alıb. Sonra ABŞ-ın məşhur rabitə və informasiya kompaniyası olan MCİ-də işləyir. Burada tanış olduğu Həmid Ənsari ilə ailə qurur. 1993-cü ildə Ənuşə, Həmid və onun qardaşı Əmir Telecom “Technologies” kompaniyasını qurublar. Artıq 2006-cı ildə Ənuşənin başında durduğu investisiya firması Rusiyanın federal kosmik agentliyi ilə kommersiya işləri üçün istifadə etmək məqsədilə suborbital kosmik gəmilər donanması yaratmaq barədə saziş bağlayıb. Bundan sonra Ənuşə artıq kosmosa uçuş barədə düşünür.

O, 4-cü turist kosmonavt olacaq yapon biznesmeni Daysuke Enomoto ilə alternativ olur. Və sonda tibbi göstəricilərinə əsasən yapon iş adamına uçmaq qadağan edilir və Ənuşə kosmik heyətin siyahısına salınır. Beləliklə, 18 sentyabr 2006-cı ildə Ənuşə Ənsari bir rus və bir ingilislə birgə Baykonur kosmodromundan kosmosa qalxan ilk turist qadın kimi tarixə düşür. O, 11 günlük kosmik gəzintidən və elmi araşdırmalardan sonra uğurla Yerə dönür. Kompüter şirkətinin kompüter proqramları üzrə mütəxəssisi kimi çalışan Ənuşə uçuşdan yalnız 9 il sonra mətbuata Aya səfərindən açıqlamalar verməyə başlayıb. O bildirib ki, kainatdakı mövqeyimizi görmək məni çox təsir etdi.

Bu, Ənuşə Ənsari haqda ümumdünya torunda olan məlumatlardır. Onun adı 750 milyon dollarlıq biznes layihələrdə keçir. Barəsində xeyli xoş sözlər yazılır. Cahangir Hacıyev və onun dostları Ənuşə Ənsarinin kosmik turist olmasına aldanıb ona 12 milyon dollar veriblər? Bu inandırıcı görünmür. Hacıyevin belə sadəlövh olması məntiqə sığmır. Bəs 12 milyon dolların hansısa bir qadına peşkəş edilməsinin səbəbi nə olub?

Bu sual açıq qalır.

Cahangir Hacıyev və komandasının sadəlövh olmadığını göstərən məqamlar çoxdur. Məsələn, Cahangir Hacıyevin razılığı ilə Qazaxıstanda “Kultuk” neft yatağı alınıb.

Bu epizod üzrə də Fuad Abdullayevin adı şahid qismində keçir. O ifadəsində deyib.

Sitat: “Cahangir Hacıyevi Emin Sadiqlə mən tanış elədim. Neft yatağının alınması ilə bağlı razılıq əldə olundu. Həmin neft yatağı bir neçə şəxsin adına rəsmiləşdirildi. Bankın adına isə - bankın Hətəm Həsənovun adlı əməkdaşının adına 60 faiz rəsmiləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Lüksemburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişməsi gedir”.

Beynəlxalq Bankın “xortumlanmasında” adı mərkəzi fiqurlardan biri kimi keçən Xəqani Bəşirovla bağlı nədənsə heç bir tədbir görülmür. Bu gün Fransada yaşayan Xəqani Bəşirov Azərbaycan Beynəlxalq Bankının boşaldılması əməliyyatında əsas fiqurantlardan biridir. Onun əsas fəaliyyəti Azərbaycandan pulların xarici offşor zonalara daşınıb yerləşdirilməsindən ibarət olub. C.Hacıyevin benefisiarı hesab edilən, adı hələ bir neçə il əvvəl bankdan yüz milyonlarla dollar kreditin götürülərək mənimsənilməsində keçən, hətta bu iş üzrə bir neçə ay həbsdə saxlanılan Xəqani Bəşirov sonradan müəmmalı şəkildə azad olunub. Onun adı Beynəlxalq Bankdan milyardlarla manatın mənimsənilməsi işində keçsə də, barəsindəki cinayət işinin nə yerdə olması məlum deyil. X.Bəşirov hələ “kredit oliqarxları”nın həbsi başlamazdan xeyli əvvəldən Azərbaycanda deyildi. Bu gün C.Hacıyevlə müttəhimlər kürsüsünü bölüşən Dünyamin Xəlilov X.Bəşirovun ortaqlarından olub. Dünyamin Xəlilov bu gün həbsdədir, Xəqani Bəşirov isə azadlıqda gəzir. Onun adı 14 şirkətdə direktor kimi keçib, şirkətlərinin müştəriləri arasında bir çox nazirliklər, o cümlədən Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycanda fəaliyyət göstərən xarici və yerli neft şirkətləri, banklar və nəhayət, həmin Dünyamin Xəlilovun “General Construction” şirkəti yer alırdı. Bəşirovun fəaliyyətinin əsas istiqamətləri Azərbaycandan pulların xaricə daşınıb offşor zonalarda yerləşdirilməsi və daşınmaz əmlaka, digər sahələrə yatırılması olub. X.Bəşirov Bakıda həbsdə saxlanıldığı günlərdə ABŞ-ın “Global Financial İntegrity” Tədqiqat Təşkilatı inkişaf etməkdə olan ölkələrdən 2004-2013-cü illər ərzində xarici offşor zonalara 1.1 trilyon dollar daşındığına dair hesabat yaymışdı. Hesabatda Azərbaycan çıxarılan pulların həcminə görə 148 ölkə arasında 17-ci sırada dayanırdı. Tədqiqatlar göstərmişdi ki, həmin illər ərzində hər il Azərbaycandan qeyri-leqal yollarla orta hesabla 9 milyard dollar çıxarılıb.

Yəni 9 il ərzində ölkədən 81 milyard dollar qaçırılıb. Bu məbləğin tam olaraq Hacıyevin komandasının ayağına “yazılması” doğru olmasa da, onun və dostlarının rolu danılmazdır.

Hazırda Cahangir Hacıyev və onunla birgə məhkəmə qarşısına çıxarılan şəxslərə qarşı CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi D.Xəlilovun cəzasını 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını 5 ilə endirib.
“Yeni Müsavat”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər













Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxdılar.

Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Qeyd olundu ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça” ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.

Buradakı xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin fəaliyyəti ilə tanış oldular.

Məlumat verildi ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə “Azərxalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyrici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.

Bildirildi ki, regional tədarük məntəqələrində ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.

Məlumat verildi ki, Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri il boyu qəbul ediləcək.

Diqqətə çatdırıldı ki, regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyrici-boyaq fabrikinə təhvil veriləcək.

Bildirildi ki, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub.

Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.