Dövlətin təhlükəsizliyinə onlar cavabdeh olacaq

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamlarla ölkədə növbəti kadr dəyişikliyi baş verib. Belə ki, Vilayət Eyvazov Daxili İşlər naziri, Əli Nağıyev isə DTX rəisi təyin edilib. "Qafqazinfo" xəbər verir ki, hər iki şəxs ictimaiyyət arasında kifayət qədər tanınır.

Eyvazov Vilayət Süleyman oğlu

1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

2005-ci ildən Daxili İşlər nazirinin müavini, 2016-cı ildən isə nazirin birinci müavini təyin olunub. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Bayrağı”,  2-ci dərəcəli "Vətənə xidmətə görə", 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri və  “İgidliyə görə” medalı ilə təltif olunub. 

V. Eyvazova 2006-cı ildə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.

Nağıyev Əli Nağı oğlu 

1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 

2004-cü ildə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. 2006-cı ildə isə general-mayor hərbi rütbəsi verilib.

11 aprel 2011-ci il tarixli sərəncamla Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.

Elə həmin il Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Ötən il isə Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ramil Usubov yeni vəzifəsində bu işləri görəcək

Dünən prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.

"Qafqazinfo" xəbər verir ki, Prezident yanında Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb.

Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Konstitusiyanın 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Şuraya vitse-prezident, Milli Məclisin sədri, Baş Nazir, Prezident administrasiyasının rəhbəri, dövlət müşavirləri, Baş prokuror, Xarici İşlər naziri, Müdafiə naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri daxildir.

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.

Şuranın Katibi funksiyalarını dünənki sərəncama qədər Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirirdi. Şuranın katibi Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası onun təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.

Ramil Usubovun son əmri

Dünən Daxili İşlər naziri vəzifəsindən azad olunan Ramil Usubovun son əmrlərindən biri polis generalı ilə bağlı olub.

R.Usubovun bir neçə gün əvvəl verdiyi əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Elxan Həsənov xidmətdə olmanın yaş həddi ilə bağlı vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.

E.Həsənov 1959-cu ildə İrəvan şəhərində anadan olub. 1986-cı ildən polis sistemində işləyir, 1997-ci ildə Polis Akademiyasını bitirib. Bundan öncə, nazirliyin Cinayət Axtarış İdarəsinin şöbə rəisi və Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləyib.

Uzun illərdir BŞBPİ-nin rəis müavini vəzifəsini tutan general Elxan Həsənov peşəkar polis zabiti kimi tanınıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ordu valisinə “it” deyən İstanbul bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunun həbs oluna biləcəyini deyib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan televiziyalardan birinə müsahibəsində İmamoğlu bələdiyyə seçilərsə, cəza alacağı təqdirdə onun bu vəzifəsinin etibarsız sayılacağını deyib:

“Valimiz bu məsələni məhkəməyə daşıyacaq. Vali mənim o şəhrəd nümayəndəmdir. Ona sahib çıxmaq məcburiyyətindəyəm. Valimi yedirtmərəm. Məhkəmə ona hər hansı cəza verərsə, onun bələdiyyə sədrliyi vaxtilə məndə olduğu kimi, etibarsız sayılacaq.

Bunları mən yaşamışam. Üstəlik, şeir oxuduğum üçün cəzalandırılmışam. Hətta 10 ay həbs cəzası aldım, onun 4 ay 10 gününü məhkumluq həyatı yaşadım. Ən pisi, İstanbul bələdiyyə sədrliyim əlimdən alındı və yerimə başqası seçildi. Ona görə təcrübəmə əsaslanıb deyirəm, o adam cəzasını çəkməlidir”.

Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib










Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.
Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilib








Prezident İlham Əliyev Vilayət Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilib — SƏRƏNCAM










Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.
Zakir Həsənov elan etdi: TORPAQLAR AZAD EDİLİR

Müdafiə Naziri Zakir Həsənov mətbuat konfransı vasitəsilə son aylarda cəmiyyəti narahat edən bir çox məsələyə aydınlıq gətirib.

Bu sözlər Müdafiə naziri Zakir Həsənovun keçirdiyi mətbuat konfransında səsləndirdiyi sərt mesajları analiz edən "Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə Zakir Həsənovun ordunu müharibəyə hazırladığı qeyd edilib:

"Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyunun 18-də təlim mərkəzinin açılışında iştirak edərək, orada mətbuat konfransı keçirib. Ermənistanın müdafiə naziri David Tonoyan tez-tez jurnalistlərə açıqlamalar verir. Buna görə də Zakir Həsənovun da aktivliyini azaltmayaraq Ermənistana mesajlar göndərməsi vacibdir. Zakir Həsənovun mətbuat konfransında söylədikləri mesajları ayrıca dəyərləndirməyə ehtiyac var.

Birincisi, Zakir Həsənov mətbuat konfransında bildirdi ki, Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Bundan başqa, ordunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Ordunun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir. Eyni zamanda, Azərbaycan Hərbi Dəniz Qüvvələri də təkmilləşdirilir və texniki məsələlər həll olunur. Azərbaycanın öz hava qüvvələrini təkmilləşdirməyə ona görə ehtiyac var ki, Rusiya Ermənistanı müasir hərbi təyyarələrlə təchiz edir və Azərbaycan bu sahədə geri qalmamalıdır. Çünki müharibə şəraitində hərbi təyyarələrin və hərbi helikopterlərin rolu böyük olacaq. 1990-cı ilin əvvəlindəki döyüşlərdə hər iki tərəf havaya o qədər təyyarə qaldıra bilmirdi, çünki təyyarə və helikopterləri az idi. İndi isə durum fərqlidir.

İkincisi, Zakir Həsənov dedi ki, Azərbaycan Ordusuna müasir silahlar alınır. O, 2018-ci ildə Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizinin yeni və müasir olduğunu bildirib. Kazarmaların böyük əksəriyyətinin yenidən qurulduğu və ya təmir edildiyini də açıqlayıb.

Üçüncüsü, Zakir Həsənov əvvəllər dediyi bir fikri yenidən təkrarladı: "2016-ci ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib. Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər”. Yəni müdafiə nazirinin sözlərindən aydınlaşır ki, rusların müraciəti və müdaxiləsi olmasaydı, ordumuz xeyli irəliləyə bilərdi. Ona belə bir sual yaranır: "Eyni vəziyyətdə ermənilər yenə ruslara müraciət etsə, biz bu dəfə nə edəcəyik?” Çünki Moskva Aprel savaşını dayandırmasının əvəzində Ermənistan hakimiyyətinə təsir edib, sülh prosesini intensivləşdirmədi.

Dördüncüsü, müdafiə naziri atəşkəsin pozulması hallarına da münasibət bildirib. David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verdiyini deyib. Nazir David Tonoyanın yalan danışdığını bildirib. Zakir Həsənovun sözlərinə görə, Ermənistan ordusunun itkiləri var, sadəcə Ermənistan hakimiyyəti bu haqda məlumat vermir. Həqiqətən internetdə ermənilərin özləri tərəfindən yayılan görüntülər var ki, mövqelərinin vurulduğu göstərilir. Nazirin fikrincə, bir müddət sonra ermənilər itkilərini açıqlayacaqlar.

Beşincisi, Zakir Həsənov mətbuat konfransında vətən, dövlət, millət məsələlərində digər maraqların kənara qoyulmasının vacib olduğunu bildirib. Onun Birinci Qarabağ müharibəsində ermənilər bizim aramızda nifaq salması və nəticəsinin göz önündə olmasıyla bağlı dedikləri də maraqlıdır. Başqa sözlə Gəncədə qiyam oldu, Sürət Hüseynov qoşunların bir hissəsini Qarabağdan çıxartdı, Bakıda hakimiyyət boşluğu yarandı və bundan düşmən istifadə etdi. Zakir Həsənov Ermənistanın xüsusi xidmət orqanlarının ona qarşı saxta raportlar hazırladığını da vurğuladı: "Sosial şəbəkələrdə bizim əleyhimizə yazanların 90 faizi ermənilərdir, onlar azərbaycanlı adı altında qeydiyyatdan keçiblər”. Zakir Həsənov onun ermənilərin hədəf dairəsi düşməsinə də münasibət bildirib. O qeyd edib ki, Şuşa ilə bağlı fləşmob keçirilərkən erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub:

"Ermənilərin heç 35 kilometr məsafəyə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?!”.

 

Zakir Həsənovun bu açıqlamasından gəlinən nəticə odur ki, Ermənistan informasiya savaşında Azərbaycana qarşı geniş cəbhə açıb. Həqiqətən, Zakir Həsənovun ermənilərin hədəfində olduğuna dair xəbərlər erməni saytlarından götürülərək Azərbaycanın bəzi saytlarında da yayılıb. Yəni dezinformasiya Azərbaycanın informasiya məkanında yayılıb. Bu cür dezinformasiyaların qarşısının alınmasının yeganə yolu ya nazirin özünün, ya da Müdafiə Nazirliyinin mətbuat xidmətinin anında açıqlama verməsidir.

Həmçinin Müdafiə Nazirinin açıqlamalarından o da aydın olur ki, danışıqların nəticə verəcəyinə inam azdır. Zakir Həsənov əvvəlki kimi Türkiyə ilə hərbi-strateji əməkdaşlığı inkişafa xüsusi əhəmiyyət verir. Bundan başqa, Azərbaycan Ordusunun hərbi təlimləri ildən ilə artır. O, bu cümlələri işlədərkən belə bir ifadə də səsləndirdi: "Yəqin, nə demək istədiyimi anladınız”.

Zakir Həsənovun verdiyi açıqlamalar ondan xəbər verir ki, torpaqların müharibə yolu ilə azad olunmasına hazırlıq gedir. Sadəcə, günü və vaxtı hələ bəlli deyil”.\\Veteninfo.com