Son xəbərlər

Elçibəyin köməkçisi Firudin Cəlilovu BÄ°ABIR ETDÄ°“Keçmiş Təhsil Naziri Firudin Cəlilovun müsahibəsindən dostların zəngindən sonra xəbər tutdum. Gop, yalan,böhtanın sərhəddinin pozulduğu müsahibəni təəccüblə oxusam da, gözlənilməz deyildi. Çünki professor Cəlilov əvvəllər də verdiyi bəzi müsahibələrdə Əbülfəz bəyə qarşı etikaya uyğun olmayan formada qərəzini büruzə vermişdi. O zaman xəstəliyini nəzərə alıb cavab verilməmişdi. Amma indi elə iddialar səsləndirib ki, şahidi və iştirakçısı olduğumuz yaxın tarixi saxtalaşdırmasına dur demək zərurəti yarandı”.

“Ölkə.Az” xəbər verir ki, sabiq Prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov deyib.

“Müsahibədə : "İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır". Adamdan soruşarlar, “nə üçün Elçibəyin və Vurğun Əyyubun sağlığında yox, onların yoxluğunda danışmağa başladın?” Rəhmətə gedənin arxasınca danışmaq, özü də yalan danışmaq hansı milli mənəvi dəyərin göstəricisidir? Professor cəmiyyətdən ona yönələcək suallara yəqin ki, aydınlıq gətirər. Ona qədər bəzi məsələlərə açıqlıq gətirməyin faydalı olacağını düşündük”, - O.Qasımov deyib.

 O əlavə edib ki, əvvəla 1991-ci ilin avqustunda Elçibəyin təklifi ilə AXC tərəfindən Türkiyəyə göndərilən 50 tələbənin qəbul imtahanına rəhbərlik edən V.Əyyuba sənədlərin hazırlanması və texniki işlərdə AXC qərargahının ştatlı işçiləri kimi Ellada Məmmədli ilə kömək etmişik. “Prosesin yüksək səviyyədə və şəffaflıqla həyata keçirilməsi Elçibəy tərəfindən yüksək qiymətləndirilib və sonradan V.Əyyubun TQDK-ya sədr təyin olunmasında əsas faktorlardan biri olub.

2. Bir universtitet müəllimi olan Elçibəy təhsil sahədəki problemləri yaxşı bilir, bu sistemindəki korrupsiya və rüşvətxorluğu aradan qaldırmağın yolunun test üsulunun tətbiqindən keçəcəyinə dərindən inanırdı. Misirdə işlədiyi vaxtdan bu barədə düşünmüş, sonrakı dövrlərdə Türkiyədən gələn təhsil mütəxəssisləri ilə bu mövzuda xeyli müzakirələr aparmış, Test üsulunun tətbiqi məsələsini Seçki platformasına daxil etmişdi. İdeyanın müəllifinin Elçibəy olduğunu çox sayda şahidlər təstiqləyə bilər.

3. Elçibəylə F.Cəlilovun münasibətləri 1991-ci ilə qədər yaxın olsa da, o zaman Ali Sovetdə Latın əlifbasına keçidlə bağlı aparılan müzakirələr aralarında soyuqluq yaranmışdı. Belə ki, Elçibəy gələcəkdə yaranacaq vahid Türk əlifbası məsələsində onunla həmrəy olduğunu bildirən Firudun müəllimə aralarındakı razılaşmanın AS-dəki müzakirələrdə yeni əlifbada nəzərə alınmasını təklif etməyi tövsiyə edir. O, isə bu söhbəti mərhum İsmayıl Şıxlıya çatdıraraq prosesə mane olduğundan Elçibəy bunu ona sonadək bağışlamadı. Hakimiyyət dönəmində prezident tərəfindən qəbul edilməyən nazirin onun qapısını çırpıb getmək uydurması sadəcə gülüş doğurur və qeyri ciddidir. Firudin müəllimi Baş Nazirin müavini vəzifəsinə Elçibəy yox, Mütəllibov təyin edib və 18 may 1992-ci ildə Rəhim Hüseynov başda olmaqla Mütəllibovun 14 mayda təyin etdiyi bir çox şəxslərin təyinatı əldə edilən razılaşmaya görə AS-də təsdiq edilib. Elçibəyin Cəlilova soyuq münasibətinin nəticəsi və işindəki bəzi nöqsanlara görə Təhsil Nazirliyi iki yerə ayrılıb və digər hissəsinə mərhum Tofiq Hacıyev rəhbər təyin edilib”- o qeyd edib.

F.Cəlilovu yaddaşsızlıqda ittiham eədn O.Qasımov deyib ki, Firudun müəllimin yaddaşındakı problem ortadadır: “ Əvvəla TQDK Təhsil Nazirliyinə yox, birbaşa prezidentə tabe olduğundan bu qurumu onun yaratması fikri yumşaq desək yalandır. Bu qurum Elçibəyin fərmanı ilə yaradılıb. Digər tərəfdən 2000 nəfər Türkiyəyə göndərilən tələbələr üçün ayrıca imtahan keçirilməsi fikri absurddur. Bütün tələbələr üçün imtahan bir dəfə keçirilib.
Firudun müəllimə xatırlatmaq istəyirəm ki, Prezidentin iradəsi,istəyi olmasa istənilən nazir ən gözəl ideyasını belə həyata keçirə bilməz. Bu həm də Firudun müəllimə aiddir. Digər tərəfdən cəmiyyətin gözü tərəzidir. Bunu da unutmaq lazım deyil”.

Prezident Türkiyənin Təhsil nazirini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının Təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanda nazir müavini işdən çıxarıldıAzərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov vəzifəsindən azad edilib.

"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, onun yerinə Elçin Zeynalov təyin olunub.

Yeni nazir müavini indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Prezident avstriyalı naziri qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Azərbaycan Respublikasında vətəndaşların sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 49-cu maddəsi ilə və digər qanunvericilik aktları ilə tənzimlənir. Konstitusiyamıza görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var”.

“Minval.info”nun xəbərinə görə, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov özünün “facebook” səhifəsində yazıb.

Ə. Həsənov bildirib ki, Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığına baxışı “cəmiyyətin iradəsi təkcə dövlət qurumlarından xalqa doğru deyil, daha çox xalqdan dövlət qurumlarına sirayət etməlidir” fəlsəfəsinə əsaslanır.

“Bu mənada, hakimiyyət heç zaman vətəndaşların sərbəst toplaşmasına, öz fikir və rəylərini açıq ifadə etməsinə mane olmayıb, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə insanların bir araya gələrək kollektiv düşüncələrini ifadə etməsinə daim şərait yaradıb. Lakin o da nəzərə alınmalıdır ki, heç bir ölkədə ayrı-ayrı qurumların vətəndaşların toplantı və nümayiş hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar. Buna görə Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, təşkilatların siyasi fəaliyyət azadlığına, insanların sərbəst toplaşmaq hüququna xüsusi önəm verilməsinə baxmayaraq, beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə hüquqi sanksiyalar mövcuddur.

Bütün bunlar sadə reallıqdır, siyasətlə məşğul olan hər kəsin bildiyi və bilməli olduğu gerçəklikdir. Ancaq çox təəssüflər olsun ki, 25 ildən artıqdır ki, Azərbaycanın bir çox radikal müxalifət dairələri, onların sırasında Əli Kərimlinin rəhbərlik etdiyi AXCP bu sadə həqiqəti dərk etmək istəmir, təşkil etdikləri etiraz tədbirlərini cəmiyyətin ümumi maraqlarını, rifahını ifadə edən vətəndaş aksiyası kimi deyil, iğtişaşlar və hərc-mərclik vasitəsi kimi istifadə etməyə çalışırlar. Müstəqillik dövründə biz dəfələrlə şahid olmuşuq ki, 1990-cı illərdə həmin insanların iştirakı ilə formalaşmış stereotiplər, öz məqsədinə çatmaq üçün istənilən vasitəni məqbul hesab etmək mərəzi, geniş xalq kütləsinin istəyinə və mövqeyinə hörmətsizlik, dövlət əmlakına ziyan vurmağa çalışmaq və s. xüsusiyyətlər radikal və dağıdıcı müxalifətə rəhbərlik edən belə şəxslərin psixologiyasının mühüm bir elementinə çevrilib və artıq özünü qeyri-şüuri formada büruzə verir. Ən acınacaqlısı isə budur ki, ötən dövr ərzində ölkəmizdə yüksələn ictimai şüur da bu radikalların dağıdıcı instinktlərini sağalda, dəyişə və çağdaşlaşdıra bilməyib.

Bəli, bu gün dünya da, Azərbaycan da sürətlə dəyişir. Müxtəlif ölkələrdə müxalif qüvvələr siyasi marketinq və innovativ texnologiyalar vasitəsilə öz tərəfdarlarının sayını, elektoral dəstəyini artırır, özlərinin ənənəvi müxalifət bazasından kənardakı sosial seqmentlərə xitab edərək hərəkətə gətirir və bununla təşkilatlarının rəqabət qabiliyyətini gücləndirirlər. Lakin bizim haqqında söhbət gedən müxalifət dairələri dünyada və onun bir parçası olan Azərbaycanda dəyişən reallıqlara qətiyyən adekvat reaksiya göstərə bilmir, öz konstruktiv fəaliyyətləri ilə siyasi palitranı zənginləşdirib, keyfiyyət və məziyyətlərini yeniləməkdə acizdirlər. Təbii ki, xalq da onların hərəkətlərini görür, təhlil edir, müqayisə aparır və bir daha qəti qənaətə gəlir ki, onun maraq və mənafelərinin ən ideal təmsilçisi, sosial təkamül prosesindəki bayraqdarı bu siyasi düşərgələrdə fəaliyyət göstərən şəxslər deyil, məhz Prezident İlham Əliyev və onun iqtidarıdır. Məhz elə bu səbəbdən də müdrik xalqımız radikal müxalif düşərgəsinin nə zamansa dəyişəcəyinə, müasir dövrün tələblərinə uyğun yenidən təşkilatlanacağına inanmır, ayrı-ayrı siyasi qrupların özünü “lider” adlandırmaqdan zövq alan personalarının sosial şəbəkələrdəki “bloqqer inqilabları”na biganə yanaşır və onlara hakimiyyət mandatı verməyi ağlına belə gətirmir. Budur, AXCP-yə sədr olduğu 20 ilə yaxın bir müddətdə, hətta ona etimad göstərmiş partiya funksionerlərini və fəallarını öz ideoloji-siyasi məhvərində saxlaya bilməmiş, didişmə, parçalanma və tənəzzüldən başqa partiyaya heç nə “bəxş etməmiş” Əli Kərimlinin “siyasətçi qabiliyəti”. Elə bu “qabiliyət”in nəticəsidir ki, Bakı şəhər İcra Hakimiyyətinin paytaxtın Lökbatan massivində ayırdığı meydana aparmağa tərəfdar tapmır, patoloji həddə çatmış “tükənmişlik sindromu”nu ört-basdır etmək üçün təyin etdiyi 50 nəfərlik piketi belə doğru-düzgün təşkil edib keçirə bilmir. Piketin təyin oldunduğu ərazinin ətrafında lokal qrupların qarşıdurma yaratmaq cəhdləri, ətrafdan keçən insanlara, polisin qanuni tələblərinə hörmətsizlik, fərqli fikirdə olan insanlara qarşı dözümsüzlük və piketdən sonra nümayiş etdirdikləri yolverilməz hərəkətlər, etik normalardan uzaq şüarçılıq və s. kimi hərəkətləri görən hər bir vətəndaşda təbii sual yaranır: öz partiyasını və maksimum 50 nəfərin iştirak etməli olduğu bir piketi idarə edə bilməyən “liderlər” xalqın və dövlətin məsuliyyətini necə daşıya bilər? Xalqımız onu da yaxşı bilir ki, bunlar xarici anti-Azərbaycan mərkəzlərindən aldığı maliyyənin şirəsi ilə Azərbaycan hakimiyyətinə “diş qıcayırlar”. Ancaq həqiqət budur ki, “qıcanan bu dişlər” kəskin kariyesə məruz qalıb, onların stomatoloji müayinə və müalicəsinə böyük ehtiyac var. Belə təşəbbüsü, təbii ki, yeni nəsil irəli sürməlidir və yəqin ki, sürəcəkdir. Hakimiyyəti və müxalifəti bütün zamanlarda və bütün ölkələrdə xalq formalaşdırır. Odur ki, siyasi sistemin önəmli bir parçası olan müxalifətin Azərbaycanda da yenidən formalaşmasına, günün tələblərinə uyğun olaraq yenilənməsinə, xalqın istək və arzusuna uyğun instituta çevrilməsinə böyük ehtiyac hiss olunur. Ölkəmizi və xalqımızı təmsil edən hər bir siyasi partiyanın gələcək milli müqəddəratımızı həll edə biləcək effektiv təsisata, ümummilli məsələlərin həlli ilə bağlı rasional təkliflər verə biləcək düşüncə mərkəzinə və təkmil idarəçilik institutuna çevrilməsi, müxalif düşərgənin başdan-başa yenilənməsi, müasir, vətənpərvər, bacarıqlı gənclərin önə çıxması ictimai həyatımızın ən vacib məsələlərindən biri olaraq qalır”, – deyə Ə. Həsənov əlavə edib.

İlham Əliyev görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

“Əmim nəvəsi soğandan 1,2 milyon qazanıb”Millət vəkili Aqil Abbas “İctimai televiziya”da yayımlanan 3D proqramına qonaq olub.

“Ölkə.Az” oxu.az-a istinadən xəbər verir ki, verlişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran A.Abbas əmisi nəvəsi barədə etdiyi açıqlama ilə izləyicilərin təəcübünə səbəb olub. 

“Əmim nəvəsi Bərdə rayonunda fermerdir. O, mənə dedi ki, bu il bir milyon 200 min manat pul qazanmışam. Dedim, nə danışırsan? Nədən qazanmısan? Cavab verdi ki, Gürcüstanla ticarət əlaqəsi qurmuşam. Soğan əkmişdim təsərrüfatımda. Məhsulumu da satdım gürcüstanlılara”.

Qeyd edək ki, müzakirələrin birində işsizlikdən şikayətlənən kəndlilərə “torpağın var, soğan ək, ailəni saxla”, - deyən Aqil Abbasın bu sözü uzun müddət müzakirə mövzusu olmuşdu.

Vilayət Eyvazovdan YENÄ° TƏYÄ°NATDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni kadr dəyişikliyi edib.

"Ölkə.Az" "Qafqazinfo"ya istinadla xəbər verir ki, nazirin yeni əmrinə əsasən, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub.

Qeyd edək ki,Samir Məmmədov bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində işləyib.

Şəhid ailəsi prezidenti və xanımını toya dəvət etdi — FOTOOktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.

“Ölkə.Az” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Bildirilib ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub.

Söhbət zamanı ev sahibəsi Prezident və xanımını oğlunun toyuna dəvət edib:

"Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz”. 

Ölkə başçısı isə bu dəvətdən məmnun olduğunu bildirib: "Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin. Tarixi məlumdur? Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik”.

Birinci xanım Mehriban Əliyeva da dəvətdən məmnunluğunu ifadə edib: "Böyük məmnuniyyətlə gəlib iştirak edərəm”.