Son xəbərlər

 
Milli.Az Kulis.az-a istinadən Xalq artisti Nəsibə Zeynalova haqqında on maraqlı faktı təqdim edir.

Atası Cahangir Zeynalov dünyasını dəyişəndə Nəsibənin iki yaşı olub. Anası ilə tək qalan Nəsibəni atasının mülklərindən çıxarıb, zirzəmiyə yerləşdirirlər. Bundan sonra ailənin çətin, məşəqqətli günləri başlayır. Sonralar Nəsibənin anası Hüsniyyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam nadürüst insan olur. Evdə olan bir neçə dəyərli əşyanı da satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırır. Bəhanə gətirir ki, bunlar hökumətin əlinə keçsə, Hüsniyyə xanım, balaca Nəsibə üçün pis olar.

Aktrisa müsahibələrinin birində deyir: "Atam rəhmətə getdi, anam da bir savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz".

***

Ailəyə köməklik göstərmək üçün Nəsibə Zeynalova gənc yaşlarından zavodlardan birində fəhlə işinə düzəlir. Bir müddət sonra isə o, anasını da itirir. Günlərin birində Şəmsi Bədəlbəyli onun istedadını zavodun özfəaliyyət dərnəyinin çıxışında görür və Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir.

Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı ikinci dünya müharibəsində həlak olur. Aktrisa ikinci dəfə 38 yaşında özündən 11 yaş balaca adamla ailə qurur. İlk əvvəllər aktrisa bu nikaha razı olmur. Yaş fərqini bəhanə gətirir. Lakin sonradan bu izdivac baş tutur.

Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Nəvəsi müsahibələrinin birində deyir: Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam.

Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub. Onu ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də, Nəsibə xanım nəvəsinin ardınca məktəbə gələrək onu ad gününə getməyə qoymayıb, evə aparıb.

***

Nəsibə xanım ömrünün son günlərində gəlinindən halallıq istəyərək deyib: Elnarə, Allah sənə cansağlığı versin. Sən ki, mənə və Cahangirə dözmüsən, kişi adamsan.

Nəsibə xanım 65 il teatrda çalışıb. Amma son illərdə teatrdan inciyib, Musiqili Komediya Teatrından ayrılır. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmur. Üstəlik, Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də baş verir.

Ürəyində teatrla bağlı çoxlu arzuları olan aktrisa rejissorların onu həmişə komik planda görməsindən gileylənib, təəssüflənib. "Qaynana" filmində mətbəxdə oxuduğu bayatını anasından öyrənib. Nəsibə xanımın anası həmişə o bayatını zümzümə edirmiş.

***

Gülləri və heyvanları xüsusilə, pişikləri çox sevib. Harda sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirirmiş. Onlara qulluq edir, yorğan-döşək də tikirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini alır.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişdi.

26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto
07 Mart 2024 Azərbaycanda nadir tapıntı misin kəşf tarixini dəyişdi