Son xəbərlər

 
“Rusca danışmaqla elitar görünmək kələyi müftəxorluqdur”

Filosof Niyazi Mehdi Xalq yazıçısı Çingiz Abdullayevin rus dilində təhsillə bağlı fikirlərinə münasibət bildirib. 

“Qafqazinfo” həmin yazını təqdim edir:

Rus məktəbləri ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi məni mat qoyur, axı, 4-5 il qabaq sosial şəbəkədə bu məsələ yetərincə ələk-vələk edilmişdi və o dəfə bütün arqumentlər söylənmişdi.

 

Çingiz Abdullayevin söylədiyi isə dillə təbliğatı qarışdırmaqdır. Rus mediasında aktiv olan erməni jurnalistlərinin çıxışları heç də parlaq deyil və onların Çingiz bəyə parlaq görünməsi mənə çox təəccüblü gəlir, bəlkə ona Kommunist partiyasına rəğbəti təsir edir?

Rasim Musabəyov ona yaxşı cavab vermişdi. Onun cavabını öz örnəklərimlə təkrar edim. Bizim Hikmət Hacızadə, Rasim Musabəyov, Toğrul Cuvarlı, Rəhman Bədəlov, Erkin Qədirli, Zərdüşd Əlizadə, İlqar Məmmədov kimi intellektuallarımız rus hakimiyyət yönümlü federal kanallarında çıxış edənlərə fora verərlər. Sadəcə, onlar Putin propoqandasına işləyib Amerikaya, Avropaya, demokratiyaya qarşı səviyyəsiz, mürtəce çıxışlara qoşulmağı özlərinə rəva bilməzlər.

İndisə rus məktəbləri ilə bağlı. Sovet dönəmində rus məktəblərindən çıxan uşaqlar doğrudan da dahi bilikli və çağdaş düşüncəli idilər. Hindistanda və deyəsən, Sinqapurda da elə olmuşdu, ingiliscə oxuyanlar yerli dillərdə oxuyanlardan daha irəli idilər. Ancaq bizdə universitetdə rus bölməsində oxuyan tələbələrimə baxıb görürəm ki, onların dilimizdə oxuyan tələbələrimdən heç bir ciddi üstünlüyü yoxdur.

Bəs nə etməli? Rus dilini bilməyi asanlaşdırmaq üçün nə yollar var? (çünki çoxları ona görə rus məktəblərinə üstünlük verirlər). Bir yol rusdilli bağçaları çoxaldıb rusdilli məktəbləri azaltmaqdır (bağçada ruscanı öyrənmiş uşağın istedadı və ya həvəsi varsa, rusca kitablar oxumağı öyrənməsi asan olar). İkinci yol rus məktəblərini saxlayıb ali məktəblərdəki rus bölməsini prinsipial azaltmaqdır.
Ən ciddi problemimiz rusca danışmağın brend kimi prestijli qalmasıdır. Hansı gənclərsə elə bilir ki, rusca danışanda çox modern görünürlər. Bu, onlarda müftəxor psixolojisi yaradır: irəlidə görünmək üçün öz üzərində işləməyin əziyyətini çəkmək əvəzinə rusca danışmaqla elitar görünmək kələyi müftəxorluqdur. Belə müftəxorlar yəhudilər, ermənilər arasında çox olub. Yəhudi həkim brendindən nə qədər orta bacarığı olan yəhudi həkimlər istifadə edib. Sovet dönəmində yaxşı erməni ustaları markasında yüzlərlə bekara erməni ustaları faydalanırdı. İndi bizim rusca danışmağa üstünlük verən gənclər də onlara oxşayırlar.

Çıxış yolu: idarə, şirkət başçıları iş yerində rusca danışmağın qarşısını almağın hüququ yolunu tapmalıdırlar. Buna isə onları Dövlət məcbur etməlidir.

Bunu sizə rus dilini sevən, ədəbiyyatı, əsasən, rusca oxuyan adam deyir. Mənim oğlanlarımın ikisi də dilimizdə oxuyublar, evdə analarından ruscanı götürdüklərindənə iki dili də əla bilir, iki dildə də yaxşı yazırlar. Ancaq şəhərdəki ortamın təsirindən bəzi dostları ilə rusca danışırlar. Bu anlamda məndən fərqləndiklərini bilirlər. Sovet dönəmində mən hamı ilə yalnız dilimizdə danışdığımdan rusdilli tanışalarım da mənimlə bizim türkçədə danışmalı olurdular. Bəziləri isə rusca danışanda mən azəricən danışırdım, çünki onlar dilimizdə təmiz danışa bilməsələr də yaxşı başa düşürdülər.

26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto