Son xəbərlər

 
Əbülfəs Qarayevlə bağlı ziddiyyətli xəbərlər: həbsə gedir, yoxsa səfir?..Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra işdən çıxarılan Əbülfəs Qarayevlə bağlı ziddiyyətli məlumatlar bir-birini əvəzləyir. Onunla bağlı yayılan məlumatlarda sabiq nazirin istintaqa cəlb olunduğu, iş üzrə şahid qismində dindirildiyi, yaxın vaxtlarda onun da müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunm ası, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov kimi həbs olunacağı iddia olunur.

Ə.Qarayev vəzifəsindən çıxarılandan sonra onun MDB və ya Avropa ölkələrindən birinə səfir göndərilə biləcəyi ehtimalı da var. Azərbaycanda "vurulmuş” kadrların səfir göndərilməsi praktikasını yada salanda bu xəbərlər bir az inandırıcı görünür. Amma onun "qara pulları”nın izinin Panama, Malta, Litva və Rusiyada üzə çıxması barədə yayılmış materiallar Qarayevin işinin yaxşı olmadığını təsdiq edir.

Ə.Qarayevin bir neçə ölkəyə, o cümlədən offşor adalara səpələnmiş çoxsaylı şirkətləri barədə sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. Belə məlum olur ki, Ə.Qarayevin ailə şirkətləri Azərbaycanla yanaşı, Rusiya, Litva, Panama və Maltanı da əhatə edir.

Əslində DTX-nın Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Qarayevin  mədəniyyət pullarını necə taladığı haqda müəyyən təəssürat yaradırdı. İndi isə məlum olur ki, o, Azərbaycandan çıxardığı pullarla xarici ölkələrdə daşınmaz əmlak və digər aktivlər alıb. Belə ki, keçmiş nazirin yeganə övladı - qızı Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən "SQ-FUTURE” MMC-nin təsisçisidir. Bakı şəhəri, Səbayel rayonu, Müslüm Maqomayev küçəsi, ev 22-də hüquqi qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ülviyyə Məcidovadır. Həmin ünvanda 2006-cı ilin martında Ə.Qarayevin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən "Yol+İlk elmi-populyar dərgi redaksiyası” MMC  qeydə alınıb. O, "Jazz Dostları” ictimai birliyinin də təsisçisidir. Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən "KL Bodrum Emlak Ticaret ve Sanayi Limited Şirketi”ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.

Nizamnaməyə görə, Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, hotel, yaşayış binaları, villa və idman təsisatlarına sahib olmaq, işlətmək hüququ əldə edib. Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımının sosial şəbəkələrdəki hesabında Bodrumdakı 5 ulduzlu "Kuum” hotelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur. Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. "Triat Exire” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vilnüsdə Şaltinıy 22-də Qarayevlər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır. Ə.Qarayevin qızı Suad Qarayevanın təsisçisi olduğu daha bir daşınmaz əmlak şirkəti 2013-cü ildə Rusiya paytaxtında qeydiyyatdan keçib. "Qals” MMC (QALS OOO) 20 min rubl nizamnamə kapitalı  ilə Moskvanın Tatarskaya küçəsi 7 ünvanında hüquqi qeydiyyata alınıb. Baş direktoru Fərid Oqtay oğlu Cəfərovdur. Şirkətin adı Qarayevlər ailəsinin soyad və adlarının abbreviaturasından götürülüb: Qarayev, Abulfas, Lalə və Suad. Şirkət üzərindən Qarayevlər ailəsi Moskvada icarəyə verilmiş çoxsaylı mənzillərə, ticarət obyektlərinə sahibdir.<ins'>

Rusiya Federal Vergi Xidmətində QALS MMC-yə aid məlumatlarda qeyd olunur ki, şirkət 2018-ci ildə daşınmaz əmlak biznesindən 6.7 milyon rubl (təxminən100 min dollar) gəlir əldə edib, federal büdcəyə 430 min rubl vergi ödəyib. Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şifkəti isə Azərbaycandadır. "GALS Gallery” MMC 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Vəzirova Liana Leonidovnadır. O, Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktorudur. Muzey Mərkəzi "Rus muzeyi” də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyətini öyrənmək və təbliğ etməkdir. Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət Bakı şəhəri, Səbayel rayonu, Y.Məmmədəliyev küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. Həmin ünvanda  keçmiş nazirin xanımına məxsus  "Gals Beauty and SPA” MMC isə 2013-cü il mayın 3-də qeydiyyatdan Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb. Lalə Kazımova bu şirkətə bağlı, Bakının mərkəzindəki "NailRoom” (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir. Ə.Qarayevin özü isə "otkat”lardan aldığı payını daha uzaqlara yatırmağa üstünlük verib. Onun və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun şərik olduğu RİMBA SA. offşor şirkəti 2004-cü ilin fevralında Panamada qeydiyyata alınıb. Adı "sivilizasiyadan, mədəniyyətdən uzaq, cəngəllik” anlamına gələn şirkətin 2005-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş nümayəndəliyi isə bu yaxınlarda ləğv edilib. 2015-ci ildə Əbülfəs Qarayevin qızı Suad Qarayeva  - Maleki ilə ailə quran İran əsilli Britaniya vətəndaşı Şəhriyar Maleki də bu izdivacdan sonra Azərbaycanda iri biznesə sahib olub. O, 2016-cı ildən Bakıda "COLAB” biznes mərkəzlərinin şərikidir.

Paytaxtda iki ünvanda - Neftçilər pr. 151-də PORT BAKU MALL-da və "Time” Business Mərkəzində hər biri 1000 kvadratmetrlik iki böyük iş mərkəzlərində ofislər, seminar və konfrans salonları icarədədir. Keçmiş nazirin kürəkəni 2016-cı ilin noyabrında Azərbaycanda "Green Farms Azerbaijan” MMC şirkətini də qeydiyyatdan keçirib. Şirkətə aid saytda qeyd olunur ki, o, "Green Farms International” şirkətinin Azərbaycan üzrə nümayəndəliyidir. Ə.Qarayevin nazir kimi nüfuzu sayəsində "Green Farms Azerbaijan” MMC 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyətindən 5 min hektar torpaq sahəsini olduqca aşağı qiymətə 49 illik icarəyə götürüb. https://www.greenfarms.az/ Həmin ərazi Qarayevlərin və qohumlarının nəzarətinə keçənə qədər qışlaq sahəsi olub və yerli əhali tərəfindən təyinatı üzrə istifadə edilib. Ə.Qarayev 2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə bu ərazinin əkin sahəsi kimi istifadə olunmasına və qudasının Maltadakı şirkətinin nəzarətinə verilməsinə nail olub. İcarə müqaviləsinə imza atan keçmiş icra başçısı, Ə.Qarayevin yaxın dostu Mahir Quliyev aprelin 29-da DTX tərəfindən saxlanılıb. Biləsuvarda böyük torpaq sahələrini ələ keçirən  "Green Farms İnternational LTD” 2016-cı ilin oktyabrında Maltada qeydiyyatdan keçib.

Maltadakı şirkətin təsisçisi isə Ə. Qarayevin Avstriya və Monako vətəndaşı olan qihumu İsgəndər Malekidir. O, 2016-cı ilin iyunundan Maltada daha bir şirkətin AS Limited-in səhmdarıdır. Şirkətin digər səhmdarı qismində Adinotec LTD offşor şirkəti çıxış edir. İsgəndər Maleki vaxtilə İngiltərənin ən nüfuzlu iş adamlarından olub. Onun xanımı Fatimə Maleki və Şəhriyar Maleki 1991-2009-cu illərdə Britaniyada çoxsaylı maliyyə şirkətlərinə rəhbərlik edib, neft treyderi kimi tanınıb, sonrakı illərdə biznesində durğunluq yaranıb. 

Malekilər ailəsi dünyanın ən bahalı tarixi incəsənət nümunələrinin kolleksiyaçıları kimi də məşhurlaşıblar. Onlar Londonda Ə.Qarayevin qızının çalışdığı və tarixi əsərlərin hərrac yolu ilə satışa çıxarıldığı Sothebys incəsənət auksionunun daimi müştəriləridir. Güman ki, Qarayevlərin Malekilərlə qohumluğu da buradan başlayır. Ümumiyyətlə, Sotheby’s hərracında Azərbaycana aid tarixi mədəniyyət əsərlərinin satışa çıxarılıb-çıxarılmadığının çox ciddi araşdırmaya ehtiyacı var. (musavat.com)

26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto