ATV telekanalında yayımlanan''Şou Atv'' verilişinin qonağı olan ifaçı maraqlı açıqlamalar edib. Daha sonra verilişdə Manaf Ağayev haqqında sujet yayımlanıb. Sujetdə Ağayevin bacısının onun haqqında səsləndirdiyi fikirlər ifaçını kövrəldib.
O, Füzuli rayonunun ermənilər tərəfindən işğal olunmasını, onların məcbur atalarının məzarını qoyub kəndi tərk etmələrindən söz açıb. Bundan başqa ifaçının bacısı 16 il qaçqın yataqxanasında yaşadıqları çətin günlərindən və analarının ağır xəstəliyindən də danışıb.
Bunları dinləyən Ağayev kövrək anlar yaşayıb.