Son xəbərlər

 
Bayramda qonaq getməyin, səfərləri təxirə salın — Mütəxəssisdən TÖVSİYƏ

Koronavirus paltarda 12 saat, metal üzərində 12-24 saat qala bilir
"Ölkəmizdə koronavirusa qarşı mübarizənin ciddiliyini nəzərə alaraq, bacardığınız qədər ictimai yerlərlə getməyərək evdə qalın. Bayram vaxtı qohum, dost, tanışlarla birgə qonaqlığa qatılmayın. Bayram səfərlərini müvəqqəti təxirə salın".

Bunu "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri Yazgül Abdiyeva Trend-ə deyib.

Onun sözlərinə görə, insanlar mümkün qədər ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmalı, yaxın məsafəyə olan yerə təmiz havada piyada getməli, metro və avtobuslara mindikdə gigiyenik qaydalara ciddi əməl etməlidirlər:

"Çünki yanınızda virus daşıyıcısı ola bilər. Maskaları taxarkən isə onları kip taxın, təkrar istifadə etməyin. Çirkli əllə üzünüzə və gözünüzə toxunmayın! Əlinizi sabunla düzgün yuyun, burun və ağız boşluğunu az duzlu ilıq su ilə yuyun. Əl üçün antiseptik vasitələri, maska, nəm və quru salfeti daim çantanızda saxlayın. Unutmayın ki, koronavirus paltarda 12 saat, metal üzərində 12-24 saat qala bilir. İnsanlar da avtobus və metroda, liftdə metala toxunur. Liftlərdən istifadə zamanı liftin düymələrinə salfetlə və ya rezin əlcəklə toxunun, sonra onu təkrar istifadə etməyin, maskanı isə mütləq istifadə edin".
Y.Abdiyeva əlavə edib ki, insanlar marketə getdikdə də özlərini maska və s. ilə virusdan qorumalıdırlar.

Mütəxəssis insanların alış-veriş zamanı nağd deyil, kartla ödənişlərə üstünlük verməsini də tövsiyə edib.

O, geyimlərlə bağlı da bəzi tövsiyələrini nəzərə çatdırıb:

"Evə gələndə ayaqqabınızı çöldə çıxarıb, sellofana qoyun. İmkan olsa, ayaqqabının alt-üst hissəsinin yuyulmağı və dezinfeksiya edilməyi məsləhətdir. Üst geyiminizi 4-5 saat balkonda açıq havada qoyun".

Y.Abdiyeva insanlara pozitiv olmağa səsləyərək onlara xəstəliyin profilaktikasının müalicəsindən asan olduğunu da nəzərə çatdırıb.
26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto