Son xəbərlər

 
Azərin şousu, “Xəzər”in qara siyahısı, Afətin kanalı, Sevdanın ərə getməsi....

"Ölkə.Az" Vüsalə Balayevanın təqdimatında "Şoumız" rubrikasını (7-ci say) təqdim edir.

Deyir Azər Zahidin villasında oğurluq ediblər, evi soyublar, unitazı belə aparıblar. Bu da etmə tənbəllik, bunu videoya çək, sosial şəbəkədə paylaş. Keçmə bu şou nümayəndələrinin həyatlarının hər anlarını gözlər önünə sərgiləməklərindən.

Pakizə xala da deyir ay bala Azər şou əhli deyil e, jurnalistdir, səhv yazmısan.  Bu yerdə məşhur “Trumanın şousu” filmindəki qəhrəman yadıma düşdü. O da yadınızdadırsa nə müğənni idi, nə aktyor, sadəcə bütün həyatını canlı yayımda yaşayırdı, yəni şouda oynayırdı. Bu yerdə yenə Pakizə xala işə qarışır. Deyir ay bala, sabah inəyim doğacaq, bəlkə “İnstagram”da canlı yayıma çıxaq?

Keçən həftə Xəzər televiziyasına baş direktor təyin olunan Murad Dadaşov bəzi müğənnilərə efir qadağası qoyub.

Bunlar da bütün günü efirdə yatıb-duranlar idi. Son zamanlar hətta  soyuducunu açanda da onlar oxuyurdular. Bir vaxtlar rəhmətlik Habil Əliyev demişkən  “soyuducunu açıram Aygün oxuyur” kimi. Pakizə xala da buradan nigarandır. Soruşur bəs indi Şəbnəm Tovuzlu “qara siyahıya” düşdü, həcisindən harada danışacaq?  Deyirəm ay Pakizə xala, sən işində ol. “İnstagram”nan “Youtube”un canı sağ olsun. De, Afət Fərmanqızı, deyib ki, “Xəzər” Tv-ni neyləyirəm ki, onsuz orada məndən pul istəyirdilər, mən də efirə çıxmırdım. Mənim ondan üstün efirlərim var, “Youtube” kanalım var. Deyirəm, bu “Xəzər”ində əlinin duzu yoxdu e. Bu müğənnilərə nə qədər edir, yenə qədir-qiyməti yoxdur. Afət nə tez unutdu ki, elə o efirdə ona “pərəstişkarı” avtomobil hədiyyə etmişdi.

Bu səfəri “qara siyahı” uzun olub. Damla, Pərviz Bülbülə, Türkan, Manaf Ağayev, Mətanət Əsədova və digər meyxanaçılar. Vallah, burada ancaq “Bağlı qapınız tezliklə açılsın” deməkdən başqa əlimizdən heç nə gəlmir.

Sən demə, Mətanət İsgəndərli də ərini ilk dəfə toy gecəsində görüb, bunu mən demirəm, atası deyir. Deyir cavan idim, nə yaşım vardı ki, qızıma elçi gəldilər verdim, getdi. Mətanətin də heç 18 yaşı olmayıb, elə deyiblər dur gedək, soruşub ay ata hara, deyiblər ki, yaxşı yerdi, narahat olma, oppalara gedirik.

Günay İbrahimli yenidən “Şoumız”ın siyahısındadır. Sənətçi bu dəfə geyim və əşyaları ilə deyil, dünyanı cənginə alan koronavirusla gündəmdədir. Sən demə, bu virus müğənniyə nə qədər ziyan vurub, yox səhv başa düşdünüz canına yox, cibinə. Nə qədər toyları, məclisləri təxirə düşüb.

Müğənni Sevda Yəhyayeva isə ərə gedir, özü də oğlan həkimdir. Deyirəm də bu “İnstagram” hamının həyatını xilas edir. Sevda da gələcək həyat yoldaşı ilə orada tanış olub, oğlan yazdığı sözləri ilə qızın ürəyinə yol tapa bilib. Allah xoşbəxt etsin.

Deyirəm, indi sosial şəbəkədə oturan “qaqaşlar” bu xəbərdən sonra bir xeylam ümidlənəcəklər ki, bizim də bəxtimiz bir gün belə gətirəcək. Bəxtimizi sınamağa davam edək. O dəfə baxıram ki, kitab mağazasının önündə növbədir. Soruşuram nə məsələdir, satıcı deyir bilmirəm nədəndir, ancaq  1 həftədir kitab oxumağa yaman həvəs artıb. Gələn-gələn qalaq-qalaq kitab alır,  hamısı da romantik şeir kitablarıdır. Bu yerdə barmağımı dişlədim, dedim hə, deyəsən Sevdanın etirafı işə yarayıb, oxuyurlar ki, yaxşı qafiyə tapsınlar.

Deyir Amerikada bir model koronavirusa görə küçədə soyunub, nə söhbətdir?

Vüsalə Balayeva

26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto