Son xəbərlər

 

Almaniyada həkim kimi çalışan həmyerlimiz Tərlan Mehdizadə Oxu.Az-ın suallarını cavablandırıb:

– Tərlan xanım, bildiyimiz qədəri ilə, dörd yaşında məktəbə getmisiniz. Necə oldu ki, dörd yaşında sizi məktəbə qoydular? Adətən, bu hal vunderkind uşaqlarla bağlı müşahidə olunur.

– Tərtər rayonunda anadan olmuşam, orada oxumuşam. Uşaqlığım müharibə şəraitində keçib. Yaşadığım yerdə müharibənin qoyduğu izlər vardı. Onlardan biri də uşaq bağçası məfhumunun olmaması idi. Anam və atam işə, qardaşlarım isə məktəbə gedirdi. Nə evdə məni saxlayan bir kəs, nə də gedə biləcəyim bir bağça vardı.

Bir gün evdə tək olanda pəncərədən yıxıldığıma görə anam çox qorxdu və məktəbdə işlədiyi üçün məni də özü ilə aparmaq qərarına gəldi. Altı yaşıma qədər birinci sinifdə oxumağıma qərar verildi ki, təki evdə tək qalmayım.

Məktəbdə fəal şagird olmuşam və sinif yoldaşlarımdan yaxşı oxuduğum üçün müəllimlər deyirdilər ki, bu qız heyifdir, boşuna sinifdə saxlamayaq. Beləliklə, 15 yaşımda XI sinfi bitirdim.

– Öz yaşıdlarınızdan nə ilə fərqlənirdiniz? Məktəbdə yaşca hamıdan kiçik olmaq sizə çətinlik yaradırdımı?

– Məktəbdə heç vaxt digər şagirdlərdən kiçik olduğumu hiss etməmişəm. Dərsləri oxuyub başa düşmək baxımından çətinliyim olmayıb. Çox fəal və yaşıdlarımdan bir addım irəlidə olan uşaq idim. Onu da deyim ki, bizim nəsildə ali təhsil almayan yoxdur.

Bu mənada, bəlkə də təhsilə marağım genetikdir. Məsələn, qardaşım dördüncü sinifdən altıncı sinfə keçib. Beş yaşında dünyanın bütün ölkələrini, paytaxtlarını və prezidentlərinin adını əzbər bilirmiş. Halbuki bunu ona heç kim öyrətməyib. Yəni bizim ailədə belə hallar var.

– Necə oldu ki, Almaniyaya getmək qərarına gəldiniz? 

– Universitet vaxtı başa düşdüm ki, Azərbaycanın səhiyyə sistemində işləyə bilmərəm. Buna görə də Avropaya getmək qərarına gəldim. Almaniya tibb sahəsində uğurları ilə seçildiyi üçün bu ölkəni seçdim. Buraya gəlməyim çətin proses oldu, amma tək də olsa, bunu bacardım. Ailəm Almaniyaya getmək istədiyimi biləndə razılaşmadı. Lakin israrımı, əzmimi gördükdən sonra artıq heç nə edə bilməyəcəklərini anladılar. Bu uğurlarımı yalnız özüm, heç bir dəstək olmadan qazanmışam.

Dörd il Şverin və Gettingen şəhər xəstəxanalarında uşaq həkimi işləmişəm. Artıq iki ildir Hildeshaym Helios xəstəxanasında uşaq şöbəsində çalışıram.

– Uşaqlarla işləməyin hansı çətinlikləri var?

– Onlarla işləmək çox çətindir. Çünki burada çox ağır xəstə uşaqlar qəbul edirik. Xərçəng diaqnozu qoyarkən valideynlərə uşaqlarının ölümün bir addımlığında olduğunu, reanimasiyada qalacağını və yaşamaq uğrunda mübarizə apardığını demək mənim üçün çox ağırdır.

Uşaq sağalandan sonra palataya girəndə üstünə qaçıb səni qucaqlayır. Bu zaman sevincin həddi-hüdudu olmur. Özünü qəhrəman kimi hiss edirsən.

– Başınıza maraqlı hadisələr gəlibmi?

– Maraqlı hadisələr çox olub. Mən burada işləməyə başlayanda 21 yaşım var idi. Onlar 21 yaşında orta məktəbi bitirirlər, mən isə artıq həkim idim. Buna inana bilmirdilər. Hamı məndən şəxsiyyət vəsiqəmi istəyirdi, çünki zarafat etdiyimi düşünürdülər. Baş həkim isə deyirdi ki, belə çıxır, mən 16 yaşında anatomiya dərsində meyitin yanında durub dərs keçmişəm.

“Bu cinayətdir, 18 yaşı olmayan bir uşağın belə şeylər etməsi qanuni deyil. Siz universitetinizi rahat şəkildə məhkəməyə verə bilərsiniz” deyirdilər.

Bir dəfə gecə növbəsində bir uşağı müayinə etmişdim. Uşağı evə buraxan zaman atası mənə “sağ ol” dedi və stolun üzərinə 40 avro pul qoydu. Bunu bir almanın etməsi məni təəccübləndirdi. Təbii ki, pulu özünə qaytardım və bildirdim ki, bu, mənim işimdir, buna görə maaş alıram. Kövrəldi, məni qucaqladı və həkimlərin onun üçün Allah qədər dəyərli olduğunu bildirdi.

– Azərbaycana qayıtmaq istəyirsinizmi?

– Çox istərdim ki, Azərbaycana qayıdım, amma indiki şərtlər altında yox. Mən karyeramı Almaniyada qurduğum üçün Azərbaycan səhiyyəsinə heç cür uyğunlaşa bilmirəm. Bu beş il ərzində cəmi bir dəfə azərbaycanlı xəstəm olub və onunla Azərbaycan dilində danışmışam. Təsəvvür edə bilməyəcəyiniz qədər möhtəşəm hisslər keçirmişəm. Çünki öz millətimi çox sevirəm.

– Almaniyanın səhiyyə sistemi bizimkindən nə ilə fərqlənir?

– Almaniya səhiyyə sistemini Azərbaycanın səhiyyə sistemindən çox şey fərqləndirir. Ən əsası xəstə-həkim münasibətləridir. Həkim xəstəyə ən hörmətli insan kimi yanaşır, otağa girəndə ayağa durur, əl sıxır, özünü təqdim edir, çox səbirlə şikayətləri dinləyir. Burada xəstələrin də həkimlərə hörməti böyükdür. Azərbaycan səhiyyəsində isə belə hallara çox az rast gəlinir.

Almaniyada tibb sahəsinə çox sərmayə yatırılır. Buna görə də burada tibbin inkişaf səviyyəsi belə yüksəkdir. İcbari tibbi sığorta sistemi insanların həyatını asanlaşdırır. Səfil həyatı yaşayan biri belə, xəstəxanada bir qəpik vermədən sağlamlığı ilə bağlı ciddi problemini həll edə bilir. Çox arzu edirəm ki, ölkəmizdə icbari tibbi sığorta lazımi səviyyədə inkişaf etsin.

26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto