Azərbaycanın Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib.

Kult.az xəbər verir ki, o, bu gün 84 yaşında dünyasını dəyişib.

Sabir Ələsgərov səhhətində yaranan problemlərə görə bu ilin aprelində 1 saylı Şəhər Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilmiş, bir ay sonra isə evə buraxılmışdı.

Qeyd edək ki, Sabir Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tiflisdə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–72-ci illәrdә radionun, 1972–90 illәrdә televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri olub. “Xәbәrlәr” informasiya proqramının, “Sәadәt”, “Günün nәbzi”, “Sәfa” vә s. verilişlәrin daimi aparıcısı olub. Hökumәt tәdbirlәri vә bayram şәnliklәrindәn reportajların, dövlәt әhәmiyyәtli verilişlәrin hazırlanıb efirә verilmәsindә yaxından iştirak edib.

Torpaqlarımıza qovuşduq, bundan böyük xoşbəxtlik yoxdur! Çox qarışıq hisslər keçirirəm. O, ata yurdumuz, doğulub boya-başa çatdığımız Ağdamımızdır. O torpaq ki, Qarabağın mərkəzi rolunu oynayıb. Ağdam Qarabağın şanlı toy ocağı olub. 27 ildir həsrətini çəkdiyimiz torpağımız bu gün bizə qayıdır. Xalqımızın gözü aydın olsun!

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

“Şəhidlərimizin ruhu şad olsun, ailəmizdən də iki şəhid vermişik. Ordumuzun apardığı 44 günlük müharibə çərçivəsində dünya bildi ki, Azərbaycan nəyə qadirdir. Öz millətim, dövlətim, Ali Baş Komandanımla fəxr edirəm. Əsas odur ki, Qarabağ xalqımızı daha da həmrəy etdi, torpaqlar bizim üçün qibləgaha çevrildi. Yurdumuzu yenidən canlandıracağıq. Ora gedən kimi müqəddəs torpaqlarımı öpəcəyəm. Başqa bir istəyim yoxdur”, - xalq artisti bildirib.

Metropolitan İncəsənət Muzeyinin 17 noyabr 2020-ci il tarixində erməni mədəni irs obyektləri ilə bağlı verdiyi açıqlama Dağlıq Qarabağ münaqişəsi və onun dağıdıcı nəticələri barədə tam məlumatı olmayan aparıcı bir mədəniyyət müəssisəsinin qərəzli və birtərəfli mövqeyini əks etdirir.

Ardını oxu...

Ermənilər Bülbülün ev muzeyini bu hala salıb

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov məşhur opera müğənnisi Bülbülün ermənilər tərəfindən dağıdılan ev muzeyinin görüntülərini paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, o, tvitterdə sənətkarın Şuşadakı mənzilinin görüntülərini yayaraq məkanın vandalizmə məruz qaldığını ifadə edib.

 

“Bu, ermənilərin  Şuşada məşhur azərbaycanlı opera müğənnisi Bülbülün (1897-1961) ev-muzeyinə etdikləridir”,- deyə A. Kərimov qeyd edib.

Görüntülərdə evin odun anbarı kimi istifadə olunduğu, Bülbülün həyətdəki heykəlinin isə dağıdıldığı açıq-aşkar görünür.

 

 
 
Alim Qasımovla Aysel ermənilərin öldürdüyü uşaqlara mahnı həsr etdi...

Xalq artisti Alim Qasımov və müğənni Aysel Məmmədova (Aisel) “Yat rahat” adlı layihə təqdim ediblər. 

“Qafqazinfo” xəbər verir ki, söz və musiqisi A. Məmmədovaya məxsus bəstə erməni terroruna məruz qalan uşaqlara həsr olunub. 

Aysel bəstənin Gəncə qətliamından sonra ərsəyə gəldiyini bildirib: “Təəssüf ki, son bir ayda sevincli xəbərlərlə yanaşı, hər birimizə güclü təsir göstərən faciəli hadisələr də baş verdi. Etiraf edirəm ki, aktual hadisələr mövzusunda material yazmaq fikri dərhal deyil, mülki şəxslərin, o cümlədən uşaqların atəşə tutulduğu Gəncədəki terrordan sonra gəldi. Bu, məndə dərin təəssürat yaratdı və həqiqətən təsiredici və ürəylərə toxunan, bir mahnı yazmaq istədim.

 

Mahnıların hazırlanması prosesində Bərdə şəhəri də atəşə tutuldu, burada da uşaqlar öldürüldü və layihəni erməni təcavüzünün qurbanı olan uşaqların xatirəsinə həsr etməyə qərar verdik”.
 
Qeyd edək ki, mahnının muğam hissəsindəki qəzəl Xosrov Sərtibi tərəfindən yazılıb. Aranjimanı Emin Kərim edib, balaban və tütək partiyasını isə Coşqun Sadıqov səsləndirib.

 

 

 

Məlum olduğu kimi, cari ilin oktyabr ayının 21-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edilib.

Kult.az xəbər verir ki, müsabiqəyə hekayə, esse və poeziya janrları üzrə artıq 107 əsər təqdim olunub. Əsərlərin say çoxluğunu nəzərə alaraq, onların qiymətləndirilməsi məqsədilə qısa zamanda Müsabiqə Komissiyasına təqdim edilməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edirik ki, müsabiqəyə təqdim olunan əsərlər Azərbaycan Respublikasının dövlət dilində yazılmalı və bundan öncə heç bir yerdə yayımlanmamalıdır. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Müsabiqəyə esse və şeirlərin qəbulu 25 noyabr, hekayələrin qəbulu isə 30 noyabr 2020-ci il tarixində sona çatacaqdır.

İştirakçılar tərəfindən əsərlər aşağıda göstərilən elektron poçt ünvanına göndərilməlidir:

E-mail: nrtis@mct.gov.az

Goranboyda 110 yaşlı qadın koronavirusdan sağalıb

Goranboyda koronavirusa (COVID-19) yoluxmuş 110 yaşlı qadın sağalıb.

“Qafqazinfo” xəbər verir ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalovun sözlərinə görə, təxminən 10 gün əvvəl rayonun Bəşirli kənd sakini, 1910-cu il təvəllüdlü Ələkbərova Səmayə Nisbət qızı halsız vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal lazımi profilaktik tədbirlər görülüb. Tibbi müdaxilələrdən sonra qadının vəziyyəti yaxşılaşıb. Baş həkimin sözlərinə görə, 110 yaşlı Səmayə Ələkbərova tam sağalıb və bu gün xəstəxanadan evə buraxılıb.

 

Evə buraxılan S. Ələkbərova ona göstərilən qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. 

 



 
Əfsanəvi hind aktyoru koronavirusdan öldü

Hindistanın əfsanəvi aktyoru Sumitra Çatterci vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Bollivud ulduzu ötən gün həyatını itirib.

 

Qərb KİV orqanı yazır ki, Çatterci oktyabrda koronavirusa yoluxub. Test nəticələri pozitiv çıxan kino ulduzu xəstəxanaya yerləşdirilib.

85 yaşlı aktyorun virus səbəbilə dünyasını dəyişdiyi qeyd olunur.

 





 
Sami Yusif Şuşadakı əsgərimizin videosunu paylaşdı

Əslən Cənubi Azərbaycandan olan Böyük Britaniyanın məşhur müğənnisi Sami Yusif Azərbaycana növbəti dəstəyini nümayiş etdirib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu dəfə tvitter  hesabında əsgərimizin Şuşada “Sarı gəlin”i pianoda ifa edərkən lentə alınan videosunu paylaşıb.

 

 


 

Milli.Az Kulis.az-a istinadən mərhum aktyor Tələt Rəhmanov haqqında maraqlı faktları təqdim edir.

Tələt Əliağa oğlu Rəhmanov 12 dekabr 1931-ci ildə İçərişəhərdə dünyaya gəlib. Ailədə üç övlad olublar, iki oğlan, bir qız. Atası uşaq yaşlarında repressiya qurbanı olub. Ona anası baxıb. Nəsillərində incəsənət aləminə bir tək o maraq göstərib.

***

Gənc yaşlarından kinostudiyada çalışıb, 70-dən çox filmdə müxtəlif rollar canlandırıb. Bunların bir çoxu epizodik rollar olub. Zamanla film direktoru, rejissor assistenti kimi vəzifələrdə də işləyib.

Tələt Rəhmanov fəxri ad almasa da, onun oynadığı rollar tamaşaçıların yaddaşında silinməz iz qoyub... "Qaynana"da Əli, "Sehirli xalat"da "milisoner", "Arşın mal alan"da nökər Vəli, "Uzaq sahillərdə"də xidmətçi, "Kişi sözü"ndə kolxoz sədri Bayandur...

***

Tələt Neft Akademiyasına qəbul olunsa da, dərsə gedəndə ona sən "xalq düşməni"nin oğlusan, daha gəlmə deyirlər. Çarəsiz qalan Tələt Rəhmanov Teatr Texnikumuna daxil olur. Lakin, sonra tale elə gətirir ki, ona və Rəhmanovlara qarşı bu repressiyanı təşkil edən şəxslərdən biri onlarla bir evdə qalır, kinostudiyada da Tələt Rəhmanovla bir yerdə işləyir, lakin aktyor o şəxsə qarşı heç bir sərt reaksiya bildirmir.

Çox mehriban, ünsiyyətcil insan olub. Həyat yoldaşı Minə xanıma çox dəyər verib, Minə xanım da ona sanki övladı kimi, xüsusi qayğıkeşliklə yanaşırmış. Hətta deyilənlərə görə çəkiliş meydançasında aktyorun yeməyini Minə xanım özü gətirirmiş.

***

Çox cəsarətli insan olub. SSRİ daxili işlər nazirinin kabinetində o qədər rahat danışırmış ki, hamı təəccüb edirmiş. Hamının deyə bilmədiyi sözləri, həqiqətləri zarafatla, ya da ciddi şəkildə rahatlıqla deyə bilib.

***

Tələt Rəhmanovun Gülnarə adlı bir qız övladı olub. Gülnarə Rəhmanova 2014-cü ilin iyununda beyin qan sızmasından dünyasını dəyişib. Gülnarə xanımın qızı - Tələt müəllimin nəvəsi Kəmalə və onun iki qardaşı həyatdadır.

Gallery

Kəmalə xanım müsahibələrinin birində deyir: Babam evə gələndə hər şey yerində olmalı idi. Səliqəni çox sevirdi. İşdən evə gələndə mütləq çayı, yeməyi hazır olmalı idi. Təzə dəmlənmiş çayı çox sevirdi. Bəlkə gündə 10 dəfə mənə çay dəmlətdirirdi. Yeməklə arası yaxşı idi. Ən çox düşbərə, qutabı sevirdi. Tələt Rəhmanovun üç nəvəsi vardı - mən və iki qardaşım. 13-14 yaşlarım olanda bəzən geyimimə görə məndən narazılıq edirdi. Lakin heç vaxt narazılığını mənə bildirməyib. Deyirdi ki, hansı sahəyə gedirsən get, incəsənətdən başqa. Hətta belə bir əhvalat olmuşdu. "Tənha narın nağılı" filmində oynamaq üçün anam filmin çəkilişi üçün məşqlərə qoşulmuşdu. Babam da işə gələndə anamın şəkillərini görüb. Deyiblər ki, Gülnarəni filmə çəkəcəyik. Babam da "mənim icazəm yoxdur" deyib, həmin şəkilləri cırmışdı. Anam da məcburiyyətdən sonralar incəsənətdən uzaq durdu, müəllimlik ixtisasını oxudu".

***

İştirak etdiyi toy və ya şənliklərdən solfetin arasına kabab ya şirniyyat qoyub evdəkilərə gətirib ki, sizsiz mənim də boğazımdan keçməz.

Ondan gec bu sahəyə gələnlər ad almışdılar, o da təbii olaraq istəyirdi ki, gördüyü işlərin qarşılığı olaraq fəxri ad alsın. Lakin heç vaxt bunu dilə gətirməyib. Narazılığını həmişə qəlbində saxlayıb.

***

Ölümündən bir müddət əvvəl infarkt keçirir. Öləndə həyat yoldaşı elə bilib ki, zarafat edir. Həmin gün çəkilişdən gəlib. Dəniz kənarında olan çəkilişdən ağız dolu danışır. Danışdığı yerdə qəfil səsi xırıldamağa başlayır. Həyat yoldaşı deyir ki, "ay Tələt, bəsdi də aktyorluq elədin". Sonra görüblər ki, o, özündən gedir. Həkimlər gələnədək isə artıq gec olur. Tələt Rəhmanov 1993-cü il noyabrın 13-də dünyasını dəyişir.

***

Tələt Rəhmanov vəfat edəndən sonra həyat yoldaşı xəstəliyə tutulur. Demək olar hər gün ağlayır. Hər həftə onun məzarını ziyarət edir. Aktyorun vəfatından 4 il sonra Minə xanım da dünyasını dəyişir.