Son xəbərlər

Aparıcı-prodüser Tolikin (Tarix Əliyevin) atası vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə müğənni Sevil-Sevinc bacıları sosial media hesabında məlumat yayıblar.

Prodüserin atası Tahir Əliyev bu gün səhər saatlarında dünyasını dəyişib.

Hazırda kino ilə bağlı qanun layihəsinin hazırlanması üzərində iş gedir. Əgər həmin qanun layihəsi yaz sessiya ərzində tamamlansa, müzakirəyə çıxarılacaq.

Kult.az xəbər verir ki, bu barədə Report-a Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa məlumat verib.

Onun sözlərinə görə, mədəniyyət abidələrinin qorunması, Qarabağda Mədəniyyət Muzeyinin yaradılması, Şuşanın statusu ilə bağlı məsələlərdə mədəniyyət aspektinin qabarılması istiqamətində qanunvericilikdə dəyişikliklər ediləcək:

“Yaz sessiyası bu məsələlərə baxılacaq”.

Hindistanın məşhur müğənnisi və bəstəkarı Qulam Mustafa Xan 89 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Mustafa Xan hələ gənc yaşlarında Şimali Hindistanın ənənəvi stilində mahnılarının bəstəkarı kimi məşhurlaşıb. Yaradıcılığı boyu bir çox titul və ordenlərə layiq görülüb.

O, hind musiqisinin ustadı kimi tanınırdı.

İndoneziya səfirliyinin təşəbbüsü ilə “Leyli və Məcnun” əsərinin motivləri əsasında çəkilmiş film 11 fevral tarixində “Netfliks” platformasında yayımlanacaq.

Kult.az xəbər verir ki, film azərbaycanlı oğlanla indoneziyalı qızın sevgisindən bəhs edir.

Qeyd edək ki, “Leyli və Məcnun” filmi İndoneziyanın paytaxtı Cakartada və Azərbaycanda çəkilib.

Filmin rejissoru Monti Tivadır. Baş rollarda aktyor Reza Rahadian və aktrisa Aka Septriasa çəkilib.

"Zəng edib soruşurlar ki, ölməmisən? Cavab verirəm ki, gözləyin zəng edim evə, görüm mən hardayam... Ölməmişəm, virusa da yoluxmamışam. Evdə oturmuşam, bayıra da çıxmıram. Səhhətim də çox yaxşıdır".

Milli.Az bildirir ki, bunu publika.az-a açıqlamasında Xalq artisti Arif Quliyev deyib. O bildirib ki, hazırda aldığı təqaüdlə dolanır:

"Sağ olsun dövlətimiz, bizə yaxşı baxır. Təqaüdümü alıram, çox yaxşı dolanıram. Müharibə başlayanda orduya könüllü yazılmışdım, aparmadılar. Torpaqlarımız azad olunandan sonra Cəbrayıl, Füzuli tərəflərə getdim. Əsgərlərimizin yanında oldum. İndi icazə vermirlər, yollar təhlükəlidir. Nə vaxt dəvət etsələr, yenə gedəcəyəm".

Arif Quliyev insanlara arzularını da çatdırıb:

 

"Allah-Təala insanlara yeni ildə yaşamaları üçün onların həyat hesabına 365 gün köçürüb. Həmin 365 günü sağlam canla, itkisiz yaşamalarını arzu edirəm. 2021-ci illə bağlı hər hansı problemim yoxdur. Təqaüdçü adamam. Film və reklam çəkilişlərindən də dəvət almıram. Ancaq çağıranda verilişlərə gedirəm".

Yumoristik “Yeralaş” jurnalının bədii rəhbəri Boris Qraçevski 72 yaşında koronavirusdan vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Qeyd edək ki, Qraçevski dekabrın sonlarında ağır vəziyyətdə COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniya nazirləri ilə FETÖ terror təşkilatının hər iki ölkə üçün təhlükə yaratması ilə razıyıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya Baş naziri Edi Rama ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"FETÖ-nun iki ölkə arasındakı münasibətləri zəhərləməsinə icazə verməyəcəyik", - Ərdoğan qeyd edib.

Zəng edib mənə deyirlər ki, Arif Quliyev dünyasını dəyişib? Mən də zarafatla deyirəm ki, çöldəyəm, gözləyin, bir dəqiqə evə zəng edim görüm dəqiqdir?

Kult.az xəbər verir ki, bunu xalq artisti Arif Quliyev ötən gün ölüm xəbərinin yayılması ilə bağlı Moderator.az-a açıqlamasında deyib.

Xalq artisti bu cür şaiyələrə artıq öyrəşdiyini bildirib:

“Arif Quliyev ad və soyadında təkcə mən deyiləm ki. O qədər insan var. Təbii ki, bu şayiədir. Məni o qədər “öldürdülər” ki, artıq özüm də ölümümə inanıram. Bu şayiələr daha mənə təsir etmir, heç vecimə də deyil”.

Rus aktyor Vladimir Korenev 81 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun qızı bildirib.

Qeyd edək ki, V. Korenev "Amfibiya adam" filmində baş rolu canlandırıb.