Son xəbərlər

28 dekabr 2021-ci il tarixində saat 19:00 da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və "Yeni ilə" həsr olunmuş "Qış nağılı" adlı konsert keçiriləcək.

Ardını oxu...

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında hərtərəfli və dayanıqlı sülhə nail olunmasına dəstək verməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu ittifaqın Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün Tvitter hesabında yazıb.

“Bu gün biz 30 ildən çox davam edən münaqişə nəticəsində həlak olmuş və zərərçəkmiş hər kəsi anırıq. Hərtərəfli və dayanıqlı sülh istiqamətində hərəkət etmək, Ermənistan və Azərbaycan xalqlarının birlikdə gələcəyə doğru addımlaması üçün həll edilməmiş məsələləri nizama salmaq lazımdır”, - o bildirib.

Nobel Sülh mükafatının laureatlarının adları açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Stokholmdakı Nobel Komitəsindən məlumat yayıb.

Mükafat Mariya Ressa və Dmitri Muratova verilib.