Tanınmış şair və mütəfəkkir Rüstəm Behrudi əməliyyat olunub.

Bu barədə Kult.az-a şairin özü məlumat verib. O, hazırda səhhətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, tanınmış şair bir müddət əvvəl saytımıza açıqlamasında boynundakı ağrılardan əziyyət çəkdiyini bildirmişdi.

İraqın Mədəniyyət və Media Fondunun populyar “Əl-Nur” portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Fərman Kərimzadənin “Bir ürək yanmalıdı” əsərinin yayınına başlayıb. Hekayə yazıçının yaradıcılığı haqqında geniş məlumatla təqdim olunub.

Qeyd edək ki, “Əl-Nur” portalı mütəmadi olaraq səhifələrində Nazim Hikmət, Ana Maria Matute, Nəcib Məhfuz kimi məşhur dünya yazıçılarının əsərlərinə yer ayırır. Portal Azərbaycan yazıçısının yaradıcılığına ilk dəfə müraciət edir.
Əsəri ərəb dilinə tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydi çevirib.

İbrahim Borçalı faciəvi şəkildə ölən oğlununTanınmış müğənni İbrahim Borçalının sosial media paylaşımı izləyicilərini kədərləndirib.

‘’Ölkə.Az’’ xəbər verir ki, ifaçı qəzada dünyasını dəyişən oğlu Rəhimin videosunu yayımlayıb. Borçalı bu gün mərhum oğlunun doğum günü olduğunu qeyd edib. O, Rəhimin fotosunu paylaşaraq: "Oğlum, bu gün 17 avqustda 21 yaşın tamam oldu 22-ə keçdin. Amma yoxsan sənsiz qeyd edəcəm" sözlərini qeyd edib.

Sözügedən görüntüləri təqdim edirik:

İbrahim Borçalı faciəvi şəkildə ölən oğlunun GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO/FOTO

Azərbaycan mədəniyyətinə ağır itki
Dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev Bakı şəhərində dəfn ediləcək.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

O, avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.

Eldar Əliyev yüksək ifaçılıq qabiliyyəti, orijinal aktyorluq məharəti və rəngarəng çıxışları ilə “La Scala” (Milan), “Staatsoper” (Berlin), “Opéra National de Paris” (Paris), “Teatro dell”Opera di Roma” (Roma), “Teatro La Fenice di Venezia” (Venesiya), “Teatro Real” (Madrid), “Covent Garden” (London), “Nationaltheater München” (Münhen) və s. dünyanın ən möhtəşəm teatrlarının səhnələrində Azərbaycan vokal ifaçılıq məktəbini layiqincə təmsil edib.

Böyük vokalçı təkrarolunmaz sənəti ilə nüfuzlu beynəlxalq müsabiqələrdə əldə etdiyi qələbələr sırasında 2000-ci ildə Bakı şəhərində keçirilmiş və Qran-pri mükafatçısı olduğu Bülbül adına Vokalçıların II Beynəlxalq Müsabiqəsinə xüsusi önəm verirdi. Ürəyi həmişə Azərbaycanla döyünən Eldar Əliyev bu nüfuzlu müsabiqədə qələbə qazandığına və Vətənin etimadını doğrultduğuna görə özünü xoşbəxt sayırdı.

Dünya opera sənətinin ulduzu maestro Franko Korellinin, məşhur dirijor, uzun illər “La Scala” teatrının bədii rəhbəri olmuş maestro Rikkardo Mutinin və bir çox İtaliya sənətçilərinin "dahi müğənni” adlandırdıqları Eldar Əliyev Azərbaycanı dünyaya tanıtmaqla bərabər, İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini verib.

“İtaliyada Azərbaycan ili” elan edilmiş 2020-ci ildə Eldar Əliyev sənət zirvəsinə ucaldığı, alqışlandığı və bu gün də xatırlandığı İtaliyada həyatla vidalaşaraq həsrətində olduğu Vətənə dönsə də onun ölməz sənəti İtaliyada yaşamaqda davam edəcək.

Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasiminin Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə təntənəli şəkildə keçirilməsi və böyük vokalçının xatirəsinin yaşadılması Azərbaycan Hökuməti tərəfindən təşkil ediləcək.

İtaliyada vəfat edən azərbaycanlı musiqiçi Bakıda dəfn ediləcək

Ayrıldıqlarını deyən Aynişan və Kənan belə görüntüləndiBloqqer Aynişan Quliyeva və həyat yoldaşı, fitnes məşqçi Kənan ayrılma xəbərləri ilə bir neçə gündür gündəmdən düşmür.

Axşam.az cütlüyü ötən gün şəhərdə gəzərkən görüntüləyib. Obyektivimizə tuş gələn ər-arvad itlərini gəzintiyə ıxarıblar.

Qeyd edək ki, Aynişan və Kənanın ayrılmasının piar olduğu xəbərləri də yayılmışdı. Bir müddət əvvəl cütlük bir-birinin şəklini İnstaqramdan silmiş, izləmədən çıxarmışdı.

 

 

 

 

 

Şəbnəm AĞIR İTKİsindən yazdı:
Xəbər verdiyimiz kimi, avqustun 11-də müğənni Şəbnəm Tovuzlunun xalası oğlu intihar edib.

Big.az xəbər verir ki, Şəbnəm "İnstagram" hesabının "Hekayələr" bölümündə onun şəklini paylaşaraq "Pünhan, bizə elə dağ çəkdin ki"" sözlərini yazıb.

Qeyd edək ki, 22 yaşlı mərhum evli olub. Onun borca görə inthar etdiyi bildirilir.

Şəbnəm AĞIR İTKİsindən yazdı: "Pünhan, bizə elə dağ çəkdin ki..." - FOTO

Almaz Ələsgərlidən oxuduğu erməni mahnısı ilə bağlı

Əməkdar artist Almaz Ələsgərli efirdə erməni mahnısı səsləndirməsinə münasibət bildirib.
Sənətçi ‘’Ölkə.Az’’-a açıqlamasında ifa etdiyi mahnının ermənilərə deyil, bizə məxsus olduğunu deyib.

‘’Mən bu haqda bir kəlmə deyəcəm. O da, həmin repertuarın ermənilərə yox, bizə məxsus olmasıdır. Onsuz ömür boyu ermənilər hər şeyi bizdən oğurlayıblar. Mahnı da bizə məxsusdur’’.

Qeyd edək ki, A. Ələsgərli bir neçə telekanalın efirində Vigen Şakaryanın bəstələdiyi və Artur Amiryanın ifa etdiyi ‘’Da zdravstuet lyubov’’ mahnısını oxuyub.